Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Read More »Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub. Belə ki, həmin minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Qarabağda …
Read More »Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də …
Read More »Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb
Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb. Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir. “Fransa Rusiyanı nüvə silahına malik …
Read More »Türkiyədə zəlzələlərin sənayeyə dəymiş ziyanının məbləği açıqlanıb
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələlərin ölkənin sənaye müəssisələrinə 9 milyard dollar, yəni 170 milyard türk lirəsi dəyərində ziyan vurduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi tvitter hesabında bildirilib. Nazir bildirib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min …
Read More »Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən xeyriyyə oyununa baxırlar
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxırlar. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin – güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə …
Read More »Çavuşoğlu BMT-nin Baş katibi ilə “taxıl sazişi”ni müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. Bildirilib ki, tərəflər “Sıfır tullantı” təşəbbüsü və “taxıl sazişi”ni müzakirə ediblər.
Read More »Xerson vilayətində 4 dinc sakin minaya düşüb
Ukraynanın Xerson vilayətində gün ərzində 4 mülki şəxs minaya düşərək ağır yaralanıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyasının sədri Oleksandr Prokudin teleqramda yazıb. Onun sözlərinə görə, hazırda dörd nəfər ağır yaralarla xəstəxanaya yerləşdirilib.
Read More »Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq
Martın 27-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, Abşeron yarımadasında sabit, mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Read More »Mehriban Əliyeva “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında “Qarabağ” – “Qalatasaray” oyunundan görüntülər paylaşıb. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “26.03.2023. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar