“Terror təşkilatlarında ciddi çöküş yaşanır”. Boyukmillet.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə keçirdiyi videokonfransda deyib. O bildirib ki, əldə olunan kəşfiyyat məlumatları və terror qruplaşmalarının “rəhbər şəxs”lərinin açıqlamaları belə deməyə əsas verir: “Demək olar ki, terror təşkilatlarına kimsə üzv olmur. Həmçinin terror qruplaşmalarından ayırılanlar, qaçanların sayı kifayət qədər çoxdur”. …
Read More »Novruz tətilindən sonrakı ilk iş gününün hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın …
Read More »Yaxınlaşan sülh və Ermənistanın təxribatları – terror dövləti xislətindən əl çəkmir
“Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin son günlər törətdikləri təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun fikrincə, Azərbaycan və Ermənistan rəsmilərinin bir müddət əvvəlki açıqlamaları sülh müqaviləsinin imzalanması üçün çox yaxşı imkan və şəraitin …
Read More »Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobildən ibarət karvanın hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin yük avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər …
Read More »Ukrayna Avropaya Rusiya və əlavə silahlarla bağlı çağırış edib
Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirməsini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Fransanın LCI telekanalının efirində deyib. Podolyak deyib ki, Kiyevdə Parisin məsuliyyətli, qətiyyətli olması və tarixi seçim etməsi gözlənilir: “Rusiya qarşısını ala …
Read More »Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsinə iyunun 1-dən sonra baxacaq
“Türkiyə iyunun 1-də, Stokholmda antiterror qanunları qüvvəyə minəndən sonra İsveçin NATO-ya daxil olmaq istəyinə yenidən baxmağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “NTV” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, rəsmi Ankaranın nöqteyi-nəzərindən Finlandiyanın NATO-ya üzvlüyünə heç bir maneə yoxdur. Belə ki, Finlandiya həmişə konstruktiv olub. “Finlandiya Türkiyənin tələbləri ilə bağlı daha şəffaf və konstruktiv …
Read More »Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edib
“Bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyasına uyğun təmin ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edərkən deyib. “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq …
Read More »Azərbaycan Ordusu Laçın yolunun şimalında zəruri nəzarət tədbirləri həyata keçirib
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların …
Read More »MN: “Qanunsuz erməni silahlılarının Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində səngər qazmasının qarşısı alınıb”
Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Read More »İlham Əliyev Azərbaycan ərazilərinə Ermənistandan silah-sursat daşınmasının davam etdiyini bildirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar