Bazar ertəsi , 6 Aprel 2026

autor

“Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir”- Elmira Axundova çətin duruma düşüb

2018-ci ilin mayında redaksiyalara zəng gəlir. Xəttin o başında danışan, o dövrdə deputat olan Elmira Axundovadır. O, Prezident Administrasiyasının rəhbəri şəxsən Ramiz Mehdiyevin əlindən fəxri ad aldığı barədə xəbər dərc olunmasını istəyir… 2025-ci ilin oktyabrıdır. Ramiz Mehdiyev sağdır, amma bir sıra cinayətlərə görə istintaqa cəlb olunub. Ayağı Mehdiyevin kabinetindən kəm olmayan Elmira Axundova isə bu gün Demokrat.az-a açıqlama verərək deyir: …

Read More »

Azərbaycanın dövlət borcu açıqlandı

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM)n 19,5 %-ni təşkil edib. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, borcun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893,1 milyon ABŞ dolları və yaxud 8 milyard 318,3 milyon manatı isə xarici borc olub.

Read More »

Tramp Ədliyyə Nazirliyindən təzminat tələb edir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ədliyyə Nazirliyi ona dəymiş ziyana görə təzminat ödəməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Trampın vəkilləri prezidentin ikinci dəfə seçilməsindən əvvəl onun barəsində aparılan federal istintaqlara görə təxminən 230 milyon dollar məbləğində təzminat tələb etmişdilər. “Bu qərar mənim masamda qəbul edilməli idi. Bu, çox …

Read More »

Qarabağa getmək üçün rüsum ödəmək lazımdır? – DİN-dən cavab

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib rahat gedə bilərlər. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur. Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan …

Read More »

Azərbaycana qaçaqmalçılıqla narkotik vasitələr gətirən “TIR” sürücüsü saxlanılıb

Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi “Mercedes” …

Read More »

Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib

Rusiya ABŞ-yə Ukrayna ilə bağlı sülh sazişinin bağlanması şərtlərini əks etdirən qapalı diplomatik nota (“non-paper”) göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadən bildirir. Sənəddə Moskva Donbas və Luqanskın bütün ərazisi üzərində nəzarətin qurulması tələbini bir daha təsdiqləyib. Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın hazırkı kursuna faktiki olaraq ziddir. O, cəbhə …

Read More »

Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?

“Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır”. Sabiq baş nazir Həsən Həsənov APA-ya geniş müsahibəsində deyib. “Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər …

Read More »

Azərbaycan və İran nümayəndələri arasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə görüş keçirilib

Tehran şəhərində Azərbaycan və İran arasında mobil rabitə şəbəkələrinin koordinasiyası üzrə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Dövlət Radiotezliklər İdarəsinin və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər. Görüşdə Azərbaycan və İranın sərhədyanı ərazilərində mövcud və perspektivdə olan mobil rabitə şəbəkələrinin tənzimlənməsi məsələləri geniş müzakirə edilib, zəruri texniki razılaşmalar əldə olunub. Həmçinin TV …

Read More »

Şimali Koreya bir neçə ballistik raket BURAXDI

Şimali Koreya ölkənin şərq sahili istiqamətində, Yaponiya dənizi tərəfə bir neçə ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Məlumatda bildirilir ki, qısa mənzilli ballistik raketlər təxminən 350 km məsafə qət edib. Hazırda raketlərin dəqiq tipi və buraxılış məqsədi barədə məlumatlar açıqlanmayıb.

Read More »

“Pskov–Sankt-Peterburq” dəmir yolu partladıldı

Rusiyada “Pskov–Sankt-Peterburq” dəmir yolunda partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindəki mənbələr “Militarnyi” nəşrinə hadisənin 21 oktyabr gecəsi baş verdiyini bildiriblər. Məlumata görə, partlayış nəticəsində relslər zədələnib, yük qatarının bir hissəsi isə yanmağa başlayıb. “Partlayışdan sonra hadisə yerinə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub, ərazidə mobil internet bağlantısı kəsilib,” – deyə məlumatda qeyd olunur. …

Read More »