Aerobika gimnastikası üzrə Azərbaycan yığması Portuqaliyanın Kantanhede şəhərində keçiriləcək Dünya Kuboku və beynəlxalq turnirə qatılmaq üçün yola düşüb. Azərbaycan Gimnastika Federasiyasından (AGF) “Report”a verilən məlumata görə, Vladimir Dolmatov və Mədinə Mustafayeva Dünya Kubokunda qüvvələrini sınayacaqlar. Martın 24-26-sı aralığında baş tutacaq yarışda idmançılar həm fərdi, həm də qarışıq cütlük proqramında çıxış edəcəklər. Qadın gimnastlar isə martın 22-dən 26-dək eyni şəhərdə baş tutacaq …
Read More »Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib
Azərbaycanın Türkiyədəki səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib. Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti …
Read More »Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyaları aşkar edib
Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Boyukmillet.com xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. Həmin şəxsi gömrük əməkdaşı “Qırmızı kanal”a yönləndirib, onun üzərinə və əşyalarına baxış …
Read More »Pakistan məhkəməsi İmran Xanın terrorizm ittihamı ilə bağlı həbsinə xitam verib
Lahor Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xanın iki terrorizm ittihamı ilə bağlı həbs qərarına martın 27-dək xitam verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Xatırladaq ki, keçmiş Baş nazirə qarşı terrorizm ittihamı martın 18-də İslamabadda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə İmran Xanın kortejini müşayiət edən DZS tərəfdarları arasında baş verən toqquşmadan sonra irəli sürülüb.
Read More »AFFA-nın prezidenti Azərbaycan millisinin futbolçuları ilə görüşüb
Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının futbolçuları ilə görüşüb. Milli assosiasiyadan “Report”a verilən məlumata görə, qurumun vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millinin oyunçularını Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ …
Read More »Azərbaycan MN: “Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır”
Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. “Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”, – nazirliyin məlumatında qeyd olunub.
Read More »Azərbaycan MN: Ermənistan hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə edir
Ermənistanın hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə etməsi müəyyən olunub. Boyukmillet.com xəbər verir ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib: “Bildiririk ki, bölgədə bundan sonra yarana …
Read More »MN: Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir. Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır. Qeyd olunan marşrut üzrə …
Read More »İcma: “Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb” – BƏYANAT
“Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda deyilir: “Bəşəriyyətin bu gün qeyd etdiyi Ümumdünya Poeziya Günü və sülh, barışıq və humanizm dəyərlərini aşılayan Novruz bayramı Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlılar üçün xüsusi …
Read More »Sabah Bakıda 18 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar