Abşeronda Bakı sakini saxlanılıb, üzərindən bir kiloqram heroin götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Abşeron RPİ-də …
Read More »Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını …
Read More »Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək
Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək. Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal …
Read More »Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalaraq 74,75 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 73,79 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 10 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 5 minik və 5 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir …
Read More »Bu il Rusiya Çinin ən böyük neft tədarükçüsünə çevrilib
2023-cü ilin ilk iki ayında Rusiya Çinə xam neft satışını dörddəbir artırıb və Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Çinin Baş Gömrük İdarəsi bildirib ki, yanvar-fevral aylarında Rusiyadan neft idxalı sutkada, demək olar ki, 2 milyon barrelə yüksəlib, tədarük olunan xammalın ümumi həcmi isə 15,7 milyon tona …
Read More »Polşanın Baş naziri Avropa ölkələrini Rusiya əmlakını müsadirə etməyə çağırıb
Avropa Ukraynanı dəstəkləmək üçün daha güclü siyasi iradə nümayiş etdirməlidir, çünki təcavüzkarlar gec-tez vurduqları zərərin əvəzini ödəməli olacaqlarını bilməlidirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın Haydelberq şəhərindəki Ruprext-Karl Universitetində çıxışı zamanı bildirib. “Mən bütün Avropa liderlərinə demək istəyirəm: “Ukraynanı yenidən qurmaq və avropalılar üçün enerji xərclərini azaltmaq üçün Rusiyanın əmlakını müsadirə etməyin vaxtı çatıb”, …
Read More »Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalanıb
Azərbaycan Avropa Şurasının (AŞ) “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının Əlavə Protokolunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb. AŞ-nin “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə …
Read More »Azərbaycana yaz fəsli daxil olub
Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub. Boyukmillet.com xəbər verir ki, gecə ilə gündüz bərabərləşib. Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. Yəni iyunun 21-i saat 18:57:47-də Azərbaycana Yay …
Read More »Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər
Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 100-cü günüdür. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, ötən ilin dekabrın 12-də başlayan aksiya fasiləsiz olaraq davam edir. Bu müddət ərzində ekofəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar