Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 99 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, …
Read More »Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Əziz bacılar və qardaşlar!Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox …
Read More »Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb
Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən …
Read More »Barselona susuz qala bilər
Kataloniya Jeneralitatı Sau su anbarından balıq tutmaq üçün xüsusi tədbir elan edib. Belə ki, kommunal işçilər tonlarla balıq tutmalıdırlar. Bu vəziyyət bölgədəki qlobal quraqlıq səbəbindən inkişaf edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “El Pais” nəşri yazıb. Belə ki, su anbarını təşkil edən çay dayazlaşdıqdan sonra balıqlar oksigen çatışmazlığından öləcəklər. Ölü balıqlar su anbarına düşdüyü üçün çürüməyə başlayacaq və Barselonanın …
Read More »Vətən müharibəsi qazisi direktor təyin olunub
Vətən müharibəsi qazisi Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb. Boyukmillet.com xəbər verir ki, Masallı rayonu Qarğalıq kənd …
Read More »Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib
Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün teleqram kanalında bildirib. Onun sözlərinə görə, yük avtomobillərini sayrışan mayakları olan avtomobillər müşayiət edib. “İlyiç istiqamətində Ermənistanın, Dağıstanın bayraqları olan, üzərində “humanitar missiya” yazısı olan dörd yük avtomobili görüntülənib”. t.me/andriyshTime/7846
Read More »Si Cinpin: “Heç bir ölkə digərlərindən üstün deyil”
“Qlobal səhnədə heç bir ölkənin bütün mövcud dünya nizamını müəyyən edən həlledici səsi yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində deyilir. “Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, dünyada heç bir ölkə digərlərindən üstün deyil. Heç bir universal idarəetmə modeli və həlledici sözün bir ölkəyə məxsus olduğu dünya nizamı yoxdur. Planetdə …
Read More »Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib
Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “qara siyahı”ya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxil edilib. Söhbət Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə …
Read More »Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”
Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Fox News”a danışıb. “Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni …
Read More »Tayvanın keçmiş rəhbəri Çinə səfər edəcək
Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “The China Times” məlumat yayıb. Qeyd olunub ki, o, 1949-cu ildən bəri belə bir səfər edən ilk Tayvan administrasiyasının keçmiş rəhbəri olacaq. Nəşrin məlumatına görə, siyasətçi Nankin, Uhan, Çanşa, Çonqsin və Şanxay şəhərlərinə səfər etməyi planlaşdırır. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar