Çərşənbə , 8 Aprel 2026

autor

Prezident: “İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilib”

“İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Bizim işimizin haqq işi olduğunu söyləyən dövlət başçısı bildirib: “Mən işğal dövründə dəfələrlə deyirdim ki, …

Read More »

İlham Əliyev: “Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”

“Erməni havadarları bizə qarşı informasiya müharibəsi elan ediblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra bizə qarşı nə qədər ədalətsiz addımlar atılır, nə qədər çirkin əməllər törədilir. İlham Əliyev vurğulayıb ki, erməni havadarları, Ermənistanın …

Read More »

Prezident: “Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı konfranslar təşkil edilir”

“Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində səsləndirib. Dövlət başçısı qeyd edib: “Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə …

Read More »

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsində olublar. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşərək söhbət ediblər. Görüşdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb. Aparatın …

Read More »

İlham Əliyev: “Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovmağımız çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”

“Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib: “Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun …

Read More »

Prezident: “Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı”

“Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. “Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi …

Read More »

Azərbaycan Prezidenti: “Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”

“Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi: “Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin …

Read More »

İlk 40 turist Şuşaya yola düşüb

Bu gün 40 nəfərin iştirakı ilə Şuşa şəhərinə ilk turizm məqsədli səfər təşkil olunub. “İşğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil edilir. Turistlər artıq Bakıdan Füzuli hava limanına çatıblar və saat 15:00-da Cıdır düzündə olacaqları gözlənilir. Turlar iki günlük nəzərdə tutulduğu üçün səyahətçilər “Xarı Bülbül” hotelində gecələyəcəklər”, – DTA-dan bildirilib. Agentlikdən bildirilib ki, ilk turist səfərləri həftədə …

Read More »

Azərbaycan Prezidenti: “Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik”

“Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib. “Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına …

Read More »

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək. Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək. Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. …

Read More »