Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər: “Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və …
Read More »İş adamı ABŞ prezidentinin İraq üzrə xüsusi elçisi təyin edildi
ABŞ prezidenti Donald Tramp iş adamı Mark Savayanı İraq üzrə xüsusi nümayəndəsi təyin edib. Boyukmillet.com bildirir ki, ABŞ lideri bu barədə “Truth Social”da məlumat verib: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Mark Savaya İraq Respublikası üzrə xüsusi nümayəndə olacaq”. O əmin edib ki, Savaya ABŞ və İraq arasındakı münasibətləri dərindən anlayır və regionda əlaqələri var: “Mark mənim Miçiqandakı kampaniyamda əsas rol …
Read More »Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib. Boyukmillet.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə …
Read More »Ersin Tatar ŞKTR-də prezident seçkilərində qalib gələn rəqibini təbrik edib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) hazırkı prezidenti və bu posta yenidən namizəd olmuş Ersin Tatar keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə qalib gələn rəqibi Tufan Erhürmanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, E. Tatar bu barədə BRT televiziyasına açıqlamasında danışıb. O, seçkilərin demokratik şəraitdə keçdiyini bildirərək özünə səs verən vətəndaşlara təşəkkür edib. “Tufan bəyi də təbrik edirəm”, – ŞKTR Prezidenti …
Read More »Zəngilanın azad edilməsindən 5 il ötür
Bu gün Zəngilanın azad edilməsindən beş il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Prezident İlham Əliyevin …
Read More »Tramp kolumbiyalı həmkarına xəbərdarlıq edib, bu ölkəyə subsidiyaları dayandırıb
ABŞ prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petroya kəskin xəbərdarlıq edərək, ondan ölkədə narkotik istehsalını dayandırmağı tələb edib. Boyukmillet.com-un məlumatına görə, müvafiq yazı Amerika liderinin “Truth Social” səhifəsində yerləşdirilib. “Petro dərhal bu ölüm sahələrini bağlamalıdır, əks halda Birləşmiş Ştatlar onun üçün onları bağlayacaq və bu, çirkin şəkildə olacaq”, – Tramp bildirib. O, narkotik ticarətinin “Kolumbiyada ən böyük biznesə” çevrildiyini vurğulayıb: …
Read More »Almaniya Gürcüstandakı səfirini geri çağırdı – Berlinlə Tiflis arasında diplomatik gərginlik
Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan hökumətinin Avropa İttifaqı, Almaniya və səfir Peter Fişerə qarşı sərt açıqlamaları səbəbindən səfirin məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb. Boyukmillet.com-un məlumatına görə rəsmi Berlinin açıqlamasında bildirilir ki, bu addım Gürcüstan rəhbərliyinin son bəyanatlarına diplomatik reaksiya kimi atılıb və məqsəd ikitərəfli münasibətlərin gələcək istiqamətini dəyərləndirməkdir. Məlumata görə, sabah Avropa İttifaqı Şurası yaranmış vəziyyəti …
Read More »Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib. Boyukmillet.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb. Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək. Nəsrin Abdullazadə (40 kq) də Avropa …
Read More »Gürcüstanda sabiq yüksək vəzifəlilərin evlərində axtarış aparılıb
Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat çərçivəsində heç kimin saxlanılmadığını bildirir Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Partxaladzenin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Prokurorluğun məlumatına görə, əməliyyat zamanı elektron avadanlıqlar, sənədlər və külli miqdarda pul götürülüb. Gürcüstan Baş Prokurorluğu bildirib ki, müxtəlif cinayət işlərinin istintaqı çərçivəsində dünən, oktyabrın 17-də …
Read More »Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: “Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar