“AZIREX-2025″ birgə axtarış-xilasetmə təlimində iştirak etmək üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə oktyabrın 15-də ölkəmizin ərazi sularına daxil olmuşdu.
Read More »Ermənistanda “dini çevriliş”: Paşinyan keşişləri həbsə atır, Qərb kilsəni dəyişir
Ermənistanda Nikol Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik yenidən alovlanıb. Analitik Akop Badalyanın yazdığına görə, 15 oktyabrda din xadimlərinin həbsi və Kilikya katolikosu I Aramın mövqeyi bu gərginliyi daha da artırıb. Paşinyanla arxiyepiskop Şaan Sarkisyan arasında baş tutan görüş ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hökumətin açıqlamasında kilsə ilə bağlı narahatlıqlara toxunulmasa da, Kilikya katolikosluğu sonradan Aram I-in etirazını çatdırdığını bəyan …
Read More »Nazir əmr imzaladı – 3 qurum ləğv olundu
Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün …
Read More »Rusiyada azərbaycanlı alverçi bazarda öldürüldü
Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib. Lent.az yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən “Sadovod” bazarının dayanacağında qətlə yetirilib. Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin …
Read More »Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib. “Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji çağırışlarla üzləşir. Ən …
Read More »ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçiriləcək
Noyabrın 1-də Nyu York və yaxın ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Qeyd olunub ki, səyyar konsulluq xidmətinə müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumat səfirliyin internet səhifəsində yerləşdirilib. O …
Read More »BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı sanksiyaların müddətini uzadıb
BMT Təhlükəsizlik Şurası (TŞ) Haiti ilə bağlı sanksiyaların daha bir il uzadılması barədə qətnamə qəbul edib. Boyukmillet.com-un məlumatına görə, BMT TŞ-nin 15 üzvünün yekdil dəstəyini alan 2794 saylı qətnamə silah tədarükünə embarqo, səyahət qadağası və aktivlərin dondurulmasını əhatə edən sanksiya rejimini uzadıb. Qətnamə həmçinin Sanksiyalar Komitəsinin işini dəstəkləyən Ekspertlər Qrupunun mandatını da 13 ay uzadıb. Sanksiya siyahısına iki nəfər də …
Read More »Prezident İlham Əliyev MÜHÜM FƏRMAN imzaladı
Hava daşımaları üzrə Əsasənamə və komissiyanın tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə”nin və “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi” təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə” …
Read More »Ramiz Mehdiyevin ailəsi ilə bağlı QƏRAR VERİLDİ
Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Aministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Boyukmillet.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyevadır. Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Read More »Qərbin MDB ilə bağlı ŞOK planı – Rusiya kəşfiyyatı həyəcan təbili çaldı
Rusiya kollektiv Qərbin Müstəqil Dövlət Birliyi ətrafında bir sıra planlar qurmasından narahatdır. Belə ki, şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır. Boyukmillet.com xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib. Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür. “Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar