“Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb”. Boyukmillet.com xəbər verir ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla …
Read More »SOCAR-ın nümayəndə heyəti NDU-da olub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Boyukmillet.com xəbər verir ki, ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, burda mövcud olan ixtisaslar barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingentini muxtar respublikadan olmaqla bərabər 20 %-i ölkəmizin müxtəlif bölgələrindən, digər 20 %-ini isə əcnəbi tələbələr təşkil edir. Hazırda 23 ixtisas üzrə 1 700 əcnəbi tələbənin təhsil aldığı universitetin …
Read More »Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb. Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib. Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi …
Read More »Ombudsman Edillidə aşkarlanan kütləvi məzarlıqlarda aparılmış araşdırmalarla bağlı hesabat hazırlayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda aparılmış müstəqil yerində araşdırmanın nəticələrinə dair hesabat hazırlayıb. S.Əliyeva Ermənistanın Azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir. Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan …
Read More »FHN məktəbdə təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış …
Read More »İranın saxta ideologiyasına sığınmaq istəyən hər bir şəxs bilməlidir ki…
İlham İsmayılov: “İran-Azərbaycan arasında yarana biləcək hər hansı qarşıdurmada İranın öz içərisində milyonlarla soydaşımız İran üçün sözün əsl mənasında ona qarşı çevrilən amansız bir ordu olacaq” Son günlər İranın Azərbaycana qarşı təxribatları davamlı şəkil alıb. İki gün öncə İran İslam Respublikasına məxsus hərbi təyyarə bir neçə dəfə fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və …
Read More »“Hacı Şahin iranpərəstlər tərəfindən bütləşdirilir”
“Biz Hacı Şahini cəhalətə qarşı çıxdığına görə təqdir edirdik. Amma ölümündən sonra o, cəhalətin katalizatoruna çevrilib. Biz onu Azərbaycan İslamını İranın təsirindən çıxarmaq istiqamətindəki fəaliyyətinə görə alqışlayırdıq. Amma o, iranpərəstlər tərəfindən bütləşdirilir”.Boyukmillet.com xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüsal Məmmədov bildirib. Jurnalist daha sonra qeyd edib: “Sual yaranır: Bu halda Hacı Şahinin Azərbaycan üçün oynadığı rol nədən ibarət olub?! …
Read More »Azərbaycanın Baş naziri Albaniya Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib. …
Read More »Yalançı, saxtakar Tehran rejimi – ABŞ-a yaltaqlanan İran XİN başçısı – ŞƏRH
İran hakimiyyəti ictimaiyyəti aldatmaq məqsədilə uzun illərdir müxtəlif məsələlərlə bağlı yalan vədlər verir. Ölkədə ABŞ və onun müttəfiqləri ilə münasibətlərin normallaşmasını istəyənlərin sayı artmaqdadır. Tehran rejimi bu sosial sifarişi bildiyindən Vaşinqtonla təmaslarının olduğuna dair yalan açıqlamalar verməklə təşəbbüsü ələ keçirməyə cəhd göstərir. Deməli, İran hakimiyyəti ABŞ da daxil olmaqla “altılıq” ölkələri ilə nüvə proqramına dair Əhatəli Razılaşma Müqaviləsinin bərpası istiqamətində …
Read More »Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar