Çərşənbə , 8 Aprel 2026

autor

Vüqar Əliyev Naxçıvan Baş Gömrük idarəsinin rəisi təyin edilib

Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da sərəncam imzalayıb. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi gömrük xidməti polkovniki Vüqar Əliyev daha öncə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.

Read More »

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.

Vətən müharibəsinə könüllü yollanan, Suqovuşanda şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Elnur Şirinzadənin ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. “Youtube” – https://youtu.be/1Bc-DxHkE-U Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link – …

Read More »

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə …

Read More »

Masallıda polis əməliyyatı: bu şəxslər saxlanıldı – FOTO

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Boyukmillet.com-a bildirilib ki, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Faktlarla bağlı Masallı RPŞ-də zəruri …

Read More »

Latviya Prezidenti: “Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır”

“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında çox maraqlıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Prezidenti Egils Levits bildirib. O qeyd edib ki, bir gün qabaq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Ukraynadakı vəziyyət və Azərbaycanla Aİ arasında münasibətlər müzakirə olunub. “Azərbaycan xüsusilə enerji təchizatı …

Read More »

Mingəçevirdə avarçəkmə üzrə ölkə birinciliyi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək. Boyukmillet.com xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı mübarizə aparacaq. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaqlar. Qeyd edək ki, 4 …

Read More »

İlham Əliyev BMT-nin İİV üzrə Birgə Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Salyanda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Bundan əlavə, …

Read More »

Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı təfərrüat açıqlanıb, XİN araşdırmalara başlayıb

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb: “İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə …

Read More »

Saatlı sakinlərində silah-sursat aşkarlanıb

Saatlı sakinlərində silah-sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib. Tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Read More »