Martın 3-də Baş Prokurorluq tərəfindən media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bərdə Rayon Prokurorluğunun inzibati binasına mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, qonaqlar inzibati binanın infrastrukturu barədə məlumatlandırılıb. Daha sonra iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib. …
Read More »Deputat: “İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərarları ləğv etməliyik”
“İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərarları ləğv etməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Tahir Kərimli MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr zamanı deyib. “Bu qərarlar qəbul edilən zaman da cəmiyyətdə bir çox narazılıqlar olub. Hazırda da dövlətimiz tarixi torpaqlarımıza qayıdışla bağlı güclü iradə ortaya qoyur. Hesab edirəm ki, …
Read More »Qərbi Azərbaycan İcması AŞPA-nı Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları üzrə monitorinqə başlamağa çağırır
Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından …
Read More »İranda etiraz aksiyaları davam edir, əsas şüar “Xameneiyə ölüm!” olaraq qalır
İranın Tehran əyalətinin rayonlarında və Güney Azərbaycanın Ərdəbil şəhərində “Uşaq qatili olan hökumətə ölüm!” şüarı ilə etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb. Bildirilib ki, ötən gecə Tehran əyalətinin müxtəlif rayonlarında, o cümlədən Naziabad, Tehranpars, Ponk və Əmirabadda, həmçinin Ərdəbil şəhərində hakimiyyət əleyhinə yürüş-mitinqlər təşkil olunub. Aksiyalarda “Zəhərlənmə son ismarıcdır!” “Uşaq qatili olan hökumətə ölüm!”, “Qatil …
Read More »Deputat: “Rusiya özünü SSRİ-nin varisi sayırsa, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir”
Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Hikmət Babaoğlu MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. “Azərbaycan 1920-ci ildə SSRİ-yə daxil olanda hansı ərazilərlə daxil olub? Rusiya SSRİ-nin varisidirsə, bu məsələyə hüquqi münasibət bildirməlidir”, – o əlavə edib.
Read More »Rafael Qrossi: “AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”
“AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə bildirib. O, Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu …
Read More »Azərbaycan XİN başçısı AEBA direktoru ilə Metsamor AES-in yaratdığı təhlükələri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb. Görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox …
Read More »“Qərbi Azərbaycan İcması haqqında” qanun layihəsinin hazırlanması təklif olunur
“Qərbi Azərbaycan İcması haqqında” qanun layihəsinin hazırlanması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. “Biz bu məsələni konkretləşdirməli və hüquqi əsaslandırma ilə onun həllinə çalışmalıyıq. Məhz bu yolla torpaqlarımızı azad etdik. Ona görə də əsasən hüquq zəmnində mübarizəni aparmalıyıq”-, o vurğulayıb.
Read More »Avstriyada Azərbaycan xalçalarının sərgisi keçirilir
Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC-nin istehsal etdiyi xalçaların sərgisi keçirilir. Boyukmillet.com xəbər verir ki, sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılmasıdır. Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq …
Read More »Şuşaya ilk turist səfərləri təşkil olunur
Şuşa şəhərinə turizm məqsədli səfərlərə Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən başlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, ilk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər. 2 və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar