Çərşənbə , 8 Aprel 2026

autor

“AzerGold”: “Kəlbəcərdə fəaliyyətin aparılmasına Ermənistanın basdırdığı minalar əngəl olur”

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində daha sürətlə və daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olur. Boyukmillet.com xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşündə bildirib. Onun sözlərinə görə, bu günədək mina xəritələri tam …

Read More »

“Azərişıq” Ağcabədinin 2 kəndinin elektrik şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenilənir. Boyukmillet.com xəbər verir ki, yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək. Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 22 km-a yaxın 10 kV-luq, 32 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları …

Read More »

Xələf Xələfov: “Qərbi Azərbaycana qayıdış bütün xalqımızın hədəfidir”

“Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırması bütün Azərbaycan xalqının hədəfidir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb: “Bu sənəd də BMT-nin rəsmi sənədi kimi …

Read More »

İsrail Türkmənistanda səfirlik açır

İsrail Türkmənistanın paytaxtı Aşqabadda səfirlik açır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mignews” məlumat yayıb. Bildirilib ki, İsrailin xarici işlər naziri Eli Kohen tezliklə Türkmənistana səfər edəcək. Qeyd edək ki, Aşqabad şəhəri İranla sərhəddən 30 km aralıda yerləşir. Xatırladaq ki, Türkmənistan müstəqil olandan sonra İrandakı türkmənlərin milli hüquqlarının təmin olunmasını tələb edir. Türkmənistandan kənarda ən çox türkmən İrandadır. Türkmənlər 1885-ci ildən …

Read More »

YAP Gənclər Birliyi: “Həbs edilmiş Cəbrayıl Fərzəliyev üzvümüz deyil”

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü deyil. Boyukmillet.com xəbər verir ki, YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur. “YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə …

Read More »

İcma sədri: “Qərbi Azərbaycanla bağlı 237 kənd siyahıya alınıb”

“Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib. “Biz Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının hazırda Ermənistanda fəaliyyət göstərən missiyasına məktubla müraciət etmişik. …

Read More »

Zahid Oruc: “Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”

“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxış edərkən deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi …

Read More »

“Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır”

“Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. O xatırladıb ki, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da hazırdır: “Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar Çar Rusiyasının Qafqazı işğalı və ermənilərin bu …

Read More »

Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Read More »