Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan neftinin qiyməti 85 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 2 % artaraq 85,01 ABŞ dolları təşkil edib. Fevralın 28-də hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçersləri 83,89 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. …

Read More »

İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıb

İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq …

Read More »

Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalır

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan Azərbaycanlı gənclər yerli sakinlərin ən böyük dəstəkçilərindən birinə çevrilib. Azərbaycanlı könüllü gənclər harada onların dəstəyinə ehtiyac varsa, dərhal həmin düşərgələrə, çadırlara, səyyar məntəqələrə, habelə ucqar kəndlərə gedir, yerli sakinlərə humanitar fəaliyyətlərin çatdırılmasında fəal şəkildə iştirak edirlər. Eyni zamanda Azərbaycan könüllüləri fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində, eləcə də ucqar kəndlərdə yaşayan …

Read More »

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Naxçıvana gedib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, hər iki rəhbər şəxsin müavinləri Nigar Bayramova və Anar İsrafilov, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov …

Read More »

Ukrayna Rusiya, Belarus və MDB ilə sərhəd əməkdaşlığına dair sazişlərdən çıxıb

Ukrayna tərəfi Rusiya, Belarus və MDB çərçivəsində sərhəd əməkdaşlığına dair üç sazişdən çıxıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib. Melniçuk vurğulayıb ki, Ukrayna Nazirlər Kabineti ilə Rusiya hökuməti arasında 2011-ci ildə Donetskdə bağlanmış Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib. O əlavə edib ki, Ukrayna-Belarus …

Read More »

ABŞ-da Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında verdiyi tövhələr müzakirə olunub

ABŞ-ın Vaşinqton şəhərində “Qafqazda və Mərkəzi Asiyada böyük güc dinamikası: Ukraynadakı müharibənin ortasında” (Great Power Dynamics in Caucasus and Central Asia: In the Midst of the War in Ukraine) adlı konfrans keçirilib. “Report”un ABŞ bürosu xəbər verir ki, ABŞ-da təhsil alan azərbaycanlı tələbə Əli Məmmədovun rəhbərlik etdiyi Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Qafqaz və Mərkəzi Asiya Klubu tərəfində təşkil olunan konfransda …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. Vurğulanıb ki, 6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs …

Read More »

ABŞ Konqresmeni: “Ermənistan bölgədə sülhün bərqərar olmasına mane olub”

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, Konqresmenin imzaladığı bəyanatda Azərbaycan tarixində ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı haqqında müfəssəl məlumatlar yer alıb: “Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı bir vaxtlar 7 000 insanın xoşbəxt yaşadığı şəhər …

Read More »

QHT-lər ilə bağlı İşçi qrup yaradılacaq – PREZİDENT SƏRƏNCAM İMZALADI

Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərindən və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə İşçi qrup formalaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair …

Read More »