Çərşənbə , 8 Aprel 2026

autor

Sabahın havası meteohəssas insanlarda narahatlıq yarada bilər

Fevralın 23-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilir ki, fevralın 23-də Abşeron yarımadasında mülayım xəzri küləyinin üstünlüyü və nisbətən rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Read More »

Elm və Təhsil Nazirliyi “İlin ən yaxşı məktəbi”ni köçürür – Yerində klinikanın parklanma sahəsi yaradılacaq

Bakı şəhəri 147 saylı Texniki-humanitar təmayüllü Liseyin valideyn kollektivi adıçəkilən məktəbin qarşısında aksiya keçirib. Aksiyada məqsəd məktəb kollektivinin Xətai rayonu 56 saylı orta məktəbə köçürülməsi və bununla əlaqədar martın 10-na qədər vaxt verilməsi ilə bağlıdır. Aksiya iştirakçıları bəyan edirlər ki, övladlarının təhsil aldığı Lisey paytaxtın nüfuzlu təhsil ocaqlarından biridir və bu məktəbdə təhsil almaq üçün gərgin rəqabət mövcuddur. Dünya şöhrətli …

Read More »

Xorvatiya Parlamentinin üzvü: “Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”

“Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə konfransda deyib. Konfransda, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, ölkə Parlamentinin üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, AR Baş Prokurorluğunun nümayəndəsi, Xorvatiya Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq …

Read More »

Rusiya hökuməti Azərbaycanla pensiya sahəsində əməkdaşlıq barədə sazişi Dumaya təqdim edib

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb. Boyukmillet.com xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib. Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb. Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları …

Read More »

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, XİN-in açıqlamasında deyilir: “Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq. Məhkəmənin …

Read More »

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2022-ci il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli …

Read More »

YAP Xətai rayon təşkilatı 30 illik yubileyini qeyd edib

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatı yaradılmasının 30 illiyini qeyd edib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar. YAP Xətai rayon təşkilatında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Vüqar Rəhimzadə açıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər …

Read More »

“Elektron hesab səhifəsi”nin xidməti barədə təqdimat olub

Dövlət Gömrük Komitəsində “Elektron hesab səhifəsi” xidməti barədə təqdimat olub. Boyukmillet.com xəbər verir ki, pilot variantda tətbiqinə başlanan “Elektron hesab səhifəsi” xidməti ilə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların fikir və rəylərinin öyrənilməsi məqsədilə fevralın 22-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib. Palata üzvlərinin və Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi görüşdə gömrük xidmətinin strateji …

Read More »

Məhkəmə-hüquq sistemi ölkəmizin hərtərəfli inkişafına uyğun müasirləşir

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə Boyukmillet.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi …

Read More »

Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbində andiçmə mərasimi keçirilib

Naxçıvan MR DİN-nin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və xidməti vəzifələrinin icrası zamanı həyatını itirmiş şəxslərin əziz xatirəsi etiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. Andiçmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov gənc polislərə …

Read More »