Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalı”nda dərc olunub. Qeyd olunub ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edildikdən ertəsi gün qüvvəyə minir. Xatırladaq ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1386 fiziki şəxs və 171 şirkət daxildir.
Read More »Xalq artisti Ramiz Novruz vəfat edib
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. Ramiz Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun …
Read More »BMT dünyada 345 milyon insanın aclıqdan ölmə riski ilə bağlı xəbərdarlıq edib
“Qara dəniz taxıl təşəbbüsünün müddəti bitmək üzrədir. Bu limanların açıq qalması çox vacibdir. 345 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda müqavilənin müddəti uzadılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli tviterdə yazıb. Onun sözlərinə görə, taxıl müqaviləsi bütün dünyada təbii fəlakətlər fonunda əhəmiyyət kəsb edir və bu istiqamətdə uğursuzluğa yol verilməməlidir. Ukraynadan ərzaq ixracına dair …
Read More »Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb
Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb. Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Yağışların fəsadları ilə mübarizəyə müxtəlif xidmət orqanlarının 500-dən çox əməkdaşı, o cümlədən hərbçilər cəlb olunub. Son gün ərzində əraziyə bir aylıq yağıntı norması …
Read More »Fahrettin Koca: “Hataydakı zəlzələlərdə 294 nəfər yaralanıb, 18-nin vəziyyəti ağırdır”
“Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib. Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: “Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən …
Read More »Jozep Borel Ukraynaya silah tədarükünü sürətləndirmək üçün təkliflər hazırlayıb
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel martın 7-8-də keçiriləcək görüşdə təşkilatın 27 ölkəsinin müdafiə nazirlərinə Ukraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı təkliflər verəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, Jozep Borelin sözlərinə görə, Ukrayna ordusunun xüsusilə tanklar və artilleriya üçün çoxlu sursata ehtiyacı var. Onun fikrincə, Avropa İttifaqı yaxın vaxtlarda sursat təchizatı ilə bu problemi …
Read More »Estoniya Aİ ölkələrinə Ukraynaya bir milyon mərmi göndərməklə bağlı çağırış edib
Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Avropa İttifaqı ölkələrini ölkənin təcili sursata ehtiyacı səbəbindən altı ay ərzində Ukraynaya bir milyon artilleriya mərmisi göndərməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Estoniyanın təklifinə əsasən, Aİ ölkələri birgə satınalmalar vasitəsilə Ukraynaya bir milyon artilleriya mərmisi verə bilər”, – nazir bildirib. Onun sözlərinə görə, bu …
Read More »Kuleba Rusiya ilə davamlı sülh üçün şərtləri açıqlayıb
“Şərqi Avropada və bütün Avro-Atlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın “CNN” telekanalına müsahibəsində verdiyi açıqlamaya istinadən xəbər verir. “Regionda və bütün Avro-Atlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna Aİ və …
Read More »Bərdə şəhər 10 saylı körpələr evi uşaq bağçasında “Mənim ana dilim” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayon təhsil sektoru Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası. Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir, bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza …
Read More »Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarının vaxtı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb. Belə ki, qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar