Çərşənbə , 8 Aprel 2026

autor

Mövlud Çavuşoğlu: “Rusiya və terror qruplaşmaları NATO üçün təhdiddir”

“Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqa terror mənbəyi ilə əməkdaşlıq etmək doğru deyil”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu gün NATO üçün iki təhdid var: “Bunlardan birincisi Rusiya, ikincisi terrordur. Ona görə də biz PKK ilə mübarizə …

Read More »

Dövlət və bələdiyyə vəsaitlərinin mənimsənilməsilə bağlı 64 maliyyə yoxlaması keçirilib, 9 əmlak üzərinə həbs qoyulub

Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Bu dövr ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib. Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, …

Read More »

Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat edib

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir. Allah rəhmət eləsin!

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 42 kiloqram 650 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 17-də saat 23:40-da Biləsuvar rayonunun Yuxarıağalı kəndi yaxınlığında 1 ədəd bağlamada ümumi …

Read More »

Sabah Novruzun ilk çərşənbəsidir

Sabah, fevralın 21-də Novruz bayramının ilk çərşənbəsidir. Boyukmillet.com xəbər verir ki, Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə …

Read More »

Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti …

Read More »

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışı ilə bağlı iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın son raket buraxılışlarına dair iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib. Onun sözlərinə görə, görüş saat 15:00-a (Bakı vaxtı ilə 21 fevral, saat 00:00) təyin edilib. Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida bildirib ki, rəsmi Pekin Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili …

Read More »

Əcnəbi tərəfindən narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb

Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb. Boyukmillet.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon ərazisində saxlanılıb. Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilərək …

Read More »

Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib

Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib. Boyukmillet.com xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib. Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya …

Read More »

Xankəndi-Laçın yolunda aksiyanın tələbləri 71 gündür dəyişilməz qalır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş bir gündür davam edir. Boyukmillet.com xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar …

Read More »