Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Dəniz komando təməl kursu”na qəbul olunmaq üçün …
Read More »Yaponiya Xoya yardım göndərib
Yaponiya İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərərçəkmişlər üçün yardım göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiyanın İrandakı səfirliyi məlumat yayıb. “Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün İmam Xomeyni adına hava limanına Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qəza-xilasetmə avadanlığı (5500 nəfəri soyuqdan qorumaq üçün) gətirilib. Biz ürəkdən ümid edirik ki, Yaponiya xilasetmə …
Read More »Rusiyanın Ukraynadakı itkiləri 142 860-a çatıb
Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumata görə, son sutkada Rusiyanın 590 hərbçi məhv edilib. Qeyd olunub ki, bundan başqa Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 310 tank, 6 545 zirehli maşın, 2 016 operativ-taktiki PUA, 469 reaktiv yaylım atəşi sistemi, 2 327 artilleriya sistemi, …
Read More »Tərtərdə kişi və qadın öldürülüb
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub. Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla …
Read More »Texasda atışmada azı 4 nəfər ölüb
ABŞ-nin Texas ştatının Qalena Park şəhərində atışmada azı dörd nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə dairənin polisi Harris Ed Qonsales tviterdə bildirib. Bildirilib ki, dörd nəfərin hamısı yerindəcə ölüb. Yerli polis şöbəsinin şerifləri hadisə yerinə gəliblər. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.
Read More »Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb. Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini …
Read More »İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb
İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza Ramiq Turqut oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Argentina Ukrayna üçün humanitar yardım göndərib
Argentinanın Ukrayna üçün humanitar yardımı Polşaya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “XİN-in tabeliyində olan və Sabina Frederik tərəfindən idarə olunan Argentinanın Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin rəhbərliyi öz ərazilərində hərbi münaqişədən zərər çəkmiş ukraynalılara yardımın 12-ci partiyasının göndərilməsində dəstək olub”, – məlumatda vurğulanıb. İdarə diqqətə çatdırıb ki, humanitar …
Read More »Bakıda iki ailənin yaşadığı evdə yanğın baş verib
Bakı şəhərində iki ailənin yaşadığı evdə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, şəhərin Suraxanı rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam …
Read More »“Yasımıza hörmət etməyənlər, toylarımızda da süfrə başında otura bilməzlər” — ATXƏM sədrindən ÇAĞIRIŞ
Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələdən sonra bütün dünya bu dəhşətli fəlakətin aradan qaldırılmasına səfərbər oldu. Hətta Türkiyə ilə siyasi, diplomatik gərginliklər yaşayan Yunanıstan,İsrail, Ermənistan kimi dövlətlər də bu insanlıq faciəsi üçün öz potensial yardımlarını göstərdilər. Bu cür faciələr, təbii fəlakətlər bütün insanlıq üçün bir dərs olmaqla yanaşı, həm də insanları acılar ətrafında birləşdirir. Təbii ki, qardaş Türkiyədə baş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar