Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub. Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. …
Read More »Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri …
Read More »“Zavodu satıb yoxa çıxdı” – “İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi
Bu gün, oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.Boyukmillet.com xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən ötən 2 iclas Qədim Ədilovun vəkilinin iştirak etməməsi səbəbi ilə təxirə salınıb. Bu isə iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub.Hakim sonuncu prosesdə bildirib ki, növbəti dəfə -yəni bu gün keçirilən prosesdə vəkil iştirak …
Read More »Ərdoğan Qəzzada atəşkəsi alqışladı: “Trampa və qardaş ölkələrə təşəkkür edirəm”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS və İsrail arasında imzalanan atəşkəs razılaşmasını müsbət qarşıladığını bildirib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Prezident qeyd edib ki, Şarm əl-Şeyxdə keçirilən danışıqlar nəticəsində əldə olunan sülh razılaşması Türkiyənin də səyləri ilə mümkün olub: “HƏMAS və İsrail arasında Qəzzada atəşkəsin təmin olunmasından səmimi şəkildə məmnunam. Bu prosesə töhfə …
Read More »Azərbaycan dron istehsalına başladı, Ermənistanda təşviş
Bakıdan İrəvana reaksiya: “Xoflanma, sənə hücum üçün deyil” Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraktar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb. Müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir. Məhsullar hələ ki daxili bazar üçün nəzərdə tutulub. “Armenianreport” portalı yazır: ““Bayraktar Teknoloji Azərbaycan” MMC-nin Sumqayıt şəhərində fəaliyyətə başlaması xəbəri …
Read More »İsrail və HƏMAS hələ sülh sazişini imzalamayıb – Reuters
İsrail ilə HƏMAS arasında sülh planının birinci mərhələsinə dair saziş hələ imzalanmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, tərəflər arasında sənədin imzalanması 9 oktyabr saat 12:00-da gözlənilir. Məlumata əsasən, saziş imzalandıqdan 24 saat sonra İsrail ordusunun Qəzza zolağından mərhələli şəkildə çıxarılması prosesi başlayacaq. Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planı …
Read More »Polis Xankəndidə ƏMƏLİYYAT KEÇİRDİ – SAXLANILANLAR VAR
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub. Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən …
Read More »Qəzzada atəşkəs razılaşması imzalandı – HƏMAS Trampa təşəkkür etdi
HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, hərəkat yaydığı bəyanatda ABŞ Prezidenti Donald Trampı və razılaşmaya zəmanət verən ölkələri – Misir, Qətər və Türkiyəni İsraili öhdəliklərinə əməl etməyə çağırıb. HƏMAS bəyan edib ki, Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan heç vaxt imtina etməyəcək. “Biz fələstinlilərin fundamental hüquqlarını qorumaqda davam edəcəyik. Bu razılaşma bölgədə sabitliyə və sülhə doğru mühüm addımdır”, …
Read More »QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –Həbslər gözlənilir…
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Hesablama Palatasının növbədənkənar yoxlaması təşkil edilib. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, 3 nəfərlik qrup 1 ay müddətində Agentliyi audit edib. Məsələnin ilginc tərəfi bu haqda heç bir məlumatın ictimailəşməməsidir. Əldə etdiyimiz məlumata görə, növbədənkənar yoxlama Prezident Administrasiyasının “tövsiyəsi” ilə baş tutub. Şübhəsiz ki, bu da səbəbsiz deyil…Sən demə, Agentliyin Layihələr departamentinin meneceri Natiq …
Read More »TDT-yə üzv dövlətlərin Vyanada keçiriləcək “Türk Həftəsi”ndə koordinasiyalı işləməsinə çağırış edilib
Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri “Türk Həftəsi”nin keçirilməsi üçün koordinasiyanın təmin edilməsi ilə bağlı çağırışlar ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəbələ Bəyannaməsində məlumat əks olunub. Belə ki, sənəddə 2026-cı ilin yanvar ayında Vyanada keçirilməsi planlaşdırılan və Türk dünyasının beynəlxalq səviyyədə tanınması üçün daha çox töhfə verəcək “Türk Həftəsi”nin təşkilində TDT üzv dövlətləri və müşahidəçiləri ilə türk əməkdaşlıq təşkilatları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar