NATO Baş katibi Yens Stoltenberqlə Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş olub. Boyukmillet.com xəbər verir ki, bunu Y.Stoltenberq tviterdə yazıb. Tərəflər Finlandiya və İsveçin Alyansa üzvlüyünü müzakirə ediblər. “Türkiyə səfərimdən sonra liderlərlə görüşdüm. İndi onlar üzvlüyə müraciət etməzdən əvvəlkinə nisbətən daha təhlükəsizdirlər. Hər iki dövlətin NATO-ya üzv olmasını səbrsizliklə gözləyirəm”, – Baş katib …
Read More »Polşa Prezidenti: “Ukrayna ilə hərbi ittifaq yarada bilərik”
“Müharibədən sonra Polşa ilə Ukrayna arasında hərbi ittifaq yarana bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. O bildirib ki, buna ümid edir: “Biz, həmçinin gözləyirik ki, Rusiya üzərində qələbədən sonra Ukrayna NATO-nun üzvü olacaq”. Qeyd edək ki, fevralın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Aİ sammiti çərçivəsində polşalı həmkarı ilə görüşmüşdü.
Read More »Azərbaycanlı xilasedici: “Dağıntıların altından sağ çıxardığımız balaca qızın baxışları gözümün önündən getmir”
“Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində yaranmış dağıntıların altından insanları sağ tapanda çox sevinirik. Biz daha çox insanların sağ çıxarılması üçün çalışırıq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nadir İsgəndərov deyib. O, sözügedən şəhərdə axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlə birgə dağıntılar altında qalmış 5 nəfəri xilas etdiklərini …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “Cəbrayıl və Qubadlıda kəndlər layihələndirilir”
Cəbrayıl və Qubadlıda ilk kəndlərin layihələndirilməsi həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Onun sözlərinə görə, ilin sonuna kimi daha çox kəndin layihələndirilməsi həyata keçiriləcək: “Hər bir rayon ərazisində ən azı iki kəndin layihələndirilməsi gündəmdədir”.
Read More »İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfər edəcək
Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana səfər edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı dəvəti fevralın 18-də Münxendə Neçirvan Bərzani ilə görüşdə çatdırıb. Dəvət məmnunluqla qəbul olunub.
Read More »Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmləri yarada bilər
Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmləri yaradıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə deyib. Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.
Read More »Türkiyənin səhiyyə naziri: “Dağıntılar altından çıxarılan yaralılar peyvənd olunur”
“Dağıntılar altından çıxarılan yaralılar peyvənd olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib. O bildirib ki, açıq yaralar vasitəsilə insanlara virus keçə bilər: “Hazırda zəlzələ bölgəsində müxtəlif xəstəliklərə, o cümlədən qripə rast gəlinir”. F. Qoca, həmçinin vətəndaşları içməli sudan diqqətli istifadə etməyə çağırıb.
Read More »Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »İqtisadi Şuranın növbədənkənar iclası keçirilib, Prezidentin tapşırıqları müzakirə olunub
İqtisadi Şuranın növbədənkənar iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub. İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Read More »İHH Humanitar Yardım Fondu 5 min 852 nəfərlik heyəti ilə zəlzələ bölgəsində-VİDEO
Türkiyə QHT-lərinin zəlzələ bölgəsində yardım səfərbərliyi davam edir. Boyukmillet.com xəbər verir ki, bu çərçivədə İHH Humanitar Yardım Fondu zəlzələ bölgələrində 5 min 852 axtarış-xilasetmə işçisi və yardım könüllüləri ilə fəaliyyətlər həyata keçirir. Zəlzələnin ilk saatlarından axtarış-xilasetmə və humanitar yardım işlərində iştirak edən İHH-nin axtarış-xilasetmə qrupları bu günə qədər ölən və yaralanan 2 min 934 nəfəri dağıntılar altından çıxarıb, yardım könüllüləri isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar