Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir. “Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm”, – Ərdoğan vurğulayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı …

Read More »

Azərbaycanın və İsrailin NATO-dakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə regiondakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib. “Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk”, – diplomat yazıb.

Read More »

Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər

Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahının ev sahibliyi və təşkilata üzv olan 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsi baş tutub. BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Caba Korosinin təşəbbüsü ilə …

Read More »

Türkiyənin daha 3 klubu çempionatda çıxışını dayandırıb

Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. O bildirib ki, II Liqadan “Diyarbakırspor”, III Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un tələbi müsbət cavablandırılıb. Federasiya prezidenti eyni zamanda “Sivas Belediyespor”, “Tarsus İdmanyurdu” və “Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin …

Read More »

Naxçıvandan Türkiyəyə qardaş dəstəyinə şəhid ailələri də qoşulub

Naxçıvandan Türkiyəyə qardaş dəstəyinə şəhid ailələri də qoşulub. Boyukmillet.com xəbər verir ki, şəhid ailələri bu gün Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, baş konsul Asip Kaya ilə görüşüblər. Görüşdə əvvəlcə şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, zəlzələdən sonra yardım məqsədilə diplomatik nümayəndəliyə xeyli …

Read More »

Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb

Türkiyədəki zəlzələdə həlak olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Allah rəhmət eləsin!

Read More »

Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinə tələbat artacaqmı?

Qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanda iqtisadi sektorlara, xüsusən daşınmaz əmlak bazarına da təsir göstərir. Bu baxımdan Türkiyədəki zəlzələ nəticəsində binaların dağılması ölkəmizin daşınmaz əmlak bazarında yeni gözləntilər meydana gətirib. Bundan sonra bazarda mənzillərə tələbatın azalacağı, fərdi yaşayış evlərinin qiymətinin və tələb statistikasının artacağı düşünülür. Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a açıqlamasında deyib ki, Türkiyədəki məlum hadisələr Azərbaycanın daşınmaz …

Read More »

Təhlükə yaxınlaşır…

Alp-Himalay seysmik qurşağı üzərində yerləşən müxtəlif məntəqələrdə, o, cümlədən qardaş Türkiyədə güclü zəlzələlər baş verəndə demişdim ki, Azərbaycan da bu qurşaq üzərində yerləşir və hər an hazır olmalıyıq. Üzərimə düşüb deyirdilər ki, “Ola bilməz, zəlzələlər baş verən məntəqələr Azərbaycandan uzaqdır və buradakı zəlzələ ocaqlarını oyada bilməz”. Dünən Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu isə Azərbaycandan uzaq deyil, çox …

Read More »

Zəlzələ Bakı -Ankara iqtisadi əlaqələrinə necə təsir göstərəcək? – MÜZAKİRƏ

AXC TV-nin “Azad meydan” verilişinin növbəti buraxılışında yenə Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələnin səbəb və nəticələri müzakirə olunub.Sualları millət vəkili Aydın Hüseynov və jurnalist, Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud cavablandırıb.

Read More »

FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb

Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə …

Read More »