Cümə axşamı , 9 Aprel 2026

autor

Laura Loxman: “ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir”

“ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib. O bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini …

Read More »

İlham Əliyev: “Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik”

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib. Boyukmillet.com  xəbər verir ki, iclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlət başçısı deyib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnfrastruktur və …

Read More »

İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

Azərbaycan beynəlxalq konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair protokolunu imzalayacaq

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı müvafiq tapşırıqlar verib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. O bildirib ki, ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə …

Read More »

Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamındagöstərilən Protokolu …

Read More »

Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb

Türkiyədə azərbaycanlı yol qəzasında xəsarət alıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, türkiyəli Səfər B-nin idarə etdiyi avtobus dayanacaqda dayanmış şəxslərə, daha sonra mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 51 yaşlı Hikmət Kaya ölüb. Azərbaycanlı Əhməd Rzayev, həmçinin türkiyəli Fatma O, Yeter Bayqın, Oruç, Fehim Aydın və əlcəzairli Messaouda Marike yaralanıblar. Soydaşımızın durumunun ağır olduğu bildirilib. O, yaxınlıqdakı klinikaya yerləşdirilib. Avtobus sürücüsü saxlanılıb.

Read More »

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,27 ABŞ dolları, yaxud 2,63 % azalaraq 84,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 82,17 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışı canlı yayımlanacaq

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edəcək. Dövlət başçısının çıxışı nəzərdə tutulub. Çıxış Azərbaycan Prezidentinin Youtube və Facebook sosial şəbəkə hesablarında canlı yayımlanacaq. Qeyd edək ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, …

Read More »

Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri yaxın günlərdə danışıqlar aparacaq

Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki səviyyədə danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. “Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq. Nəticə əldə etmək üçün çox çalışırıq” – deyə, o bildirib. 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin …

Read More »

Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli dörd gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident …

Read More »