Cümə axşamı , 9 Aprel 2026

autor

Prezident Klaus Yohannis: “Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur”

Azərbaycan və Rumıniya arasında güclü strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannisin tviterdə yazıb. “Bu tərəfaşlığı vətəndaşlarımızın rifahı naminə daha da möhkəmlənəcəyik”, – o, əlavə edib.

Read More »

Rövşən Nəcəf TPAO şirkətinin prezidenti ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə ilk xarici …

Read More »

İlham Əliyev: “Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq”

“Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında bildirib. Buxarestə səfəri ilə bağlı yaxşı xatirələrinin olduğunu söyləyən dövlətimizin başçısı söyləyib: “Buxarestdə …

Read More »

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib. “Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də …

Read More »

Qafqazın 5 verstlik xəritəsinin nadir nüsxəsi Qərbi Azərbaycan İcmasında

Diplomat Cavanşir Axundov Qərbi Azərbaycan İcmasına Çar Rusiyası hökumətinin hazırladığı, Qafqazın 5 verstlik xəritəsini hədiyyə edib. Boyukmillet.com xəbər verir ki, icmanın idarə heyətinin sədri Əziz Ələkbərli ilə görüşdə səfir vurğulayıb ki, bu xəritə Qafqazın nadir xəritələrindəndir və bu xəritə üzərində də minilliklər boyu yaşadığımız Qərbi Azərbaycan ərazisindəki bütün toponimlər Azərbaycan dilindədir və xəritə nadir tarixi sənəd sayılır. İcma sədri hədiyyəyə …

Read More »

Aİ-nin kredit qrupu Azərbaycanın yerləşdiyi regiona 362 mln avro investisiya yatırıb

2022-ci ildə Avropa İttifaqının (Aİ) kredit qrupu Avropa İnvestisiya Bankı (EIB) və Avropa İnvestisiya Fondunun (EIF) Şərq Qonşuluğu (Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus və Moldova) üzrə ümumi maliyyələşdirməsi 362 milyon avro təşkil edib. Boyukmillet.com  bu barədə EIB-ə istinadən xəbər verir. Məlumata görə, Aİ-nın kredit qrupunun imzalanmış ümumi maliyyələşdirməsi 72,45 milyard avro təşkil edib ki, bunun 65,15 milyard avrosu Aİ daxilində, 9,18 milyard avrosu isə Aİ-dən kənardakı layihələr olub. Həmçinin …

Read More »

Gələn ilin dövlət büdcəsi layihəsinin tərtibinə start verilib

Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər …

Read More »

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 2-i saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş …

Read More »