Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunun durumu ilə maraqlanıb. Boyukmillet.com xəbər verir ki, “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri, üzvü, millət vəkili Müşfiq Cəfərovlə görüş zamanı arena barədə nazirə informasiya verilib. Bundan başqa, görüşdə klubun vəziyyəti, əsas komandanın çıxışı müzakirə mövzusu olub. F Qayıbovun ötən ilin sentyabrında Nizami yurduna səfəri zamanı Gəncə şəhər stadionunda olduğunu xatırladan …
Read More »Azərbaycan Prezidenti: “Macarıstanla əlaqələrimizin ən böyük dəyəri qarşılıqlı etimad və birgə fəaliyyətdir”
“Macarıstanla əlaqələrimizin ən böyük dəyəri qarşılıqlı etimad və birgə fəaliyyətdir. Əziz dostum (Viktor Orban-red.) dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda bildirib. İlham Əliyev deyib ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlib, xahişlər …
Read More »İlham Əliyev: “Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik”
Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda bildirib. “Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək …
Read More »Sahibə Qafarova: “Tehrandakı səfirliyə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edərkən deyib. O, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd …
Read More »Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən rəsmi nahar verilib. Boyukmillet.com xəbər verir ki, Macarıstanın Baş naziri və Azərbaycan Prezidenti naharda çıxış ediblər.
Read More »Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İƏT Parlament İttifaqı əməkdaşlıq edəcək
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib. Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin …
Read More »Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola salıblar.
Read More »Prezident: “Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir”
“Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda …
Read More »Macarıstanın Baş naziri: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik”
“Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib. Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib: …
Read More »Əmrahın oğlunun nişanında “Yaşa Azərbaycan” mahnısı – VİDEO
Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan nişanlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Belə ki, müğənninin oğlu ilə nişanlısı Ədanın özəl günündə diqqət çəkən məqamlardan biri də “Yaşa Azərbaycan” mahnısı sədalarında rəqs etməsi olub. Sözügedən görüntülər Türkiyə ilə yanaşı Azərbaycan sosial media seqmentində yayılaraq marağa səbəb olub. Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan nişanlanıb. “Unikal” xəbər verir …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar