“İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycana qarşı düşmənçiliyinin əsas səbəbi Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəsi ilə bağlıdır”. Boyukmillet.com xəbər verir ki, SEPAH işğal dövründə Azərbaycanın Cəbrayıl rayonu ərazisində narkotik maddələrin saxlanılması və tranziti məqsədilə anbar da yaratmışdı. “İllərdir oraya beynəlxalq alverçilər tərəfindən narkotiklər gətirilirdi. Əvəzində beynəlxalq sanksiyalara görə İran İslam Respublikasının təmin edə bilmədiyi ehtiyacların bir …
Read More »Allahşükür Paşazadə: “İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”
“İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Report”un sualını cavablandırarkən deyib. “Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”. A.Paşazadə vurğulayıb ki, …
Read More »Hikmət Babaoğlu: “Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşamaq istəyirlər”
“Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Report”a müsahibəsində deyib. Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil: “Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ ümumxalq məsələsidir. Biz vaxtilə Qarabağa qayıtmaq üçün milli …
Read More »İranın Azərbaycana qarşı düşmənçiliyinin sensasion səbəbləri açıqlanıb
“İstənilən kriminal və ya siyasi hadisənin pərdəarxası “liderləri”ni və icraçılarını bilmək üçün lazım olan ümumi qayda həmin hadisəni dərindən araşdırmaq və ondan kimin və ya hansı hərəkatların faydalandığını görməkdir. Bu il yanvar ayının 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücumun, cinayət aktının hansı qüvvə tərəfindən həyata keçirildiyi araşdırılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, …
Read More »İzmirdə Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib
Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı Türkiyənin İzmir şəhərində etiraz aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dpvlət Komitəsindən bildirilib. Qeyd olunub ki, Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə aksiya Alsancak Kıbrıs Şəhidləri Caddəsində baş tutub. Aksiyada mərkəzin sədri Cemal Mehmethanoğlu, İdarə Heyətinin üzvü Mesut Haray və jurnalist Nigar Ogeday çıxış ediblər. Onlar xain terror …
Read More »Türkiyə və Portuqaliyanın XİN başçıları Cənubi Qafqazdakı durumu müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kravinyo Cənubi Qafqazdakı durumu müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bunu M.Çavuşoğlu yanvarın 30-da Ankarada həmkarı ilə birgə mətbuat konfransında deyib. “Cənubi Qafqazdakı durum, həmçinin Ermənistanla münasibətlər barədə danışdıq”, – XİN başçısı vurğulayıb. O bildirib ki, görüşdə Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin son mərhələsi barədə müzakirələr aparılıb: “Bundan başqa, …
Read More »Azərbaycan Ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb
Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il Diplomatiq əlaqələrə dair Vyana və 1973-cü il “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, …
Read More »Sahibə Qafarova əlcəzairli həmkarını Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı məlumatlandırıb
Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb. Milli Məclisdən. bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Xalq Assambleyasının sədri, ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək …
Read More »BQXK-nın daha 6 avtomobili Xankəndidən Laçın istiqamətinə keçib
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 6 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq ki, …
Read More »Ərdoğan: “Makron ölkəsində, Fransa isə Afrikada etibarını itirir”
Fransa Prezidenti Emmanuel Makron ölkəsində, o cümlədən parlamentdə, Fransa özü isə Afrikada etibarını sürətlə itirir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan qeyd edib ki, Makron Fransa parlamentində nüfuzdan düşüb: “O, sadəcə prezident vəzifəsində qalıb. Fransa daim etibarını itirir, beynəlxalq aləmdə də etibarını itirir”. “Fransa hazırda Afrika ölkələrini istismar edir. Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar