Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Mühnen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi …
Read More »Güneyli ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına gül dəstələri düzür
Güney Azərbaycandan olan ailələr Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoyurlar. Boyukmillet.com xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıblar. Fotoda gördüyünüz ailə Azərbaycanın dərdinə şərik olduqlarını bildirmək üçün diplomatik korpusun qarşısına gül dəstəsi düzüb. Bildirilib ki, Güney Azərbaycan türkləri Təbrizdəki Baş Konsulluğun binası qarşısına gedərək gül dəstələrinin qoyulması ilə bağlı aksiya keçirilir. İran hakimiyyətinin …
Read More »Aİ-nin ali nümayəndəsi: “Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq”
“Əgər İran rejimi bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsindən qaçmağa çalışmalıyıq”. Boyukmillet.com Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib. “Mən nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının işləməsindən başqa bir yol bilmirəm”, – Aİ rəsmisi qeyd edib. Eyni zamanda …
Read More »Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”
“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, Türkiyə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır və əlaqələri gələcəkdə də davam etdirəcək. Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur. “Başda …
Read More »Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Boyukmillet.com -un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. 12 xalla 9-cu pillədə qərarlaşan “Sumqayıt” “Kapital Bank Arena”da 17 xalla 6-cı olan “Turan Tovuz”u qəbul edəcək. Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda …
Read More »Ermənilərin İsraillə bağlı iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub
Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, – deməsi tərəflər arasında qarşıdurma yaradıb. Qeyd edilir ki, ermənilər yəhudiləri təqib …
Read More »Ukraynanın Xerson vilayəti atəşə tutulub, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
Ukraynanın Xerson vilayətinin yaşayış məntəqələrinin Rusiya ordusunun artilleriya atəşinə məruz qalması nəticəsində 3 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə Boyukmillet.com Xersonun vilayət hərbi administrasiyasına istinadən xəbər verir. Bildirilir ki, Rusiyanın hücumu nəticəsində bir sıra mülki infrastruktur obyektləri: Xerson Regional Klinik Xəstəxanası, məktəb, avtovağzal, poçt, bank və yaşayış binaları ziyan çəkib. “Hazırda Rusiyanın endirdiyi zərbələr nəticəsində 9 nəfərin zərər …
Read More »XİN: “Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb”
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!”, – XİN-in tviterdəki paylaşımında bildirilir. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə …
Read More »Nazir müavini: “Terror aktı bizim əlaqələrimizə çox böyük ziyan vurdu”
“Terror aktı bizim əlaqələrimizə çox böyük ziyan vurdu”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavininin sözlərinə görə, bu hadisədə bütün məsuliyyət İranın üzərinə düşür: “Mən məsuliyyətlə deyə bilərəm ki, bu məsələdə bütün məsuliyyət İran dövlətinin üzərinə düşür”.
Read More »XİN: “İrandakı vətəndaşlarımızın yardıma ehtiyacı olsa, Təbrizdəki konsulluğumuza müraciət edə bilərlər”
“Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu, səfər etdiklərini nəzərə alaraq, onların hər hansı məsələləri, sualları olarsa, diplomatik missiyadan yardımlara ehtiyacları olarsa, onlar bizim Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər”. Boyukmillet.com- un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini vurğulayıb ki, İranın bəzi qurumları terror aktını məişət məsələsi kimi sırımağa çalışıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar