Cümə axşamı , 9 Aprel 2026

autor

Aİ Azərbaycana başsağlığı verib

Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano tviter hesabında yazıb. “Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Dualarımız həlak olan şəxsin ailəsi ilədir, yaralıların tezliklə sağalmasını arzu edirik və hücumun tam …

Read More »

İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq

Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə onun yaxınları bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin …

Read More »

Xankəndi-Laçın yolunda aksiya davam edir, etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Boyukmillet.com xəbər verir ki, ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, …

Read More »

Fransadakı Azərbaycanın Dostları Assosiasiyası İrandakı səfirliyə hücumu pisləyib

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyib. Bu barədə assosiasiyadan məlumat verilib. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar. “Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. …

Read More »

Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb

“Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. “Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, – dövlət başçısı bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən …

Read More »

Bakıda Cümə namazında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib

Bakıda keçirilən Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu pislənilib. Boyukmillet.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib. O söyləyib ki, bu gün səhər saatlarında baş verən terror hadisəsi bütün Azərbaycan xalqını dərindən sarsıdıb: “Baş verən terror hadisəsində şəhid olan soydaşımıza Uca …

Read More »

Azərbaycanda sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub. Boyukmillet.com  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib. “İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların “bir pəncərə” prinsipi ilə tam elektron şəkildə qeydiyyata …

Read More »

Səudiyyə Ərəbistanı XİN Azərbaycan xalqına başsağlığı verib

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib: “Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost …

Read More »

Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib. “Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir”, – paylaşımda bildirilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla …

Read More »

İqtisadiyyat nazirinin I müavini Göyçayda vətəndaşları qəbul edib

Bu gün iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Göyçay şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal müəssisələrinin yaradılması və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb …

Read More »