Cümə axşamı , 9 Aprel 2026

autor

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün ictimaiyyətlə əlaqələrə dair təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, təlimin əsas məqsədi ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlar barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Məktəb və müəllimin ictimai nüfuzunun qorunması, fəaliyyətin təqdim olunması, qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması məsələlərindən bəhs …

Read More »

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə qida və içki ixrac edə bilər

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan qida məhsulları və spirtli içki idxal etməkdə maraqlı ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Yaxın Şərqdə biznesin inkişafı üzrə ekspert “SKY Consultinq Group” şirkətinin idarəedici tərəfdaşı Kristina Tancyura bildirib. “Bu o halda baş tuta bilər ki, həmin məhsullar dövlət səviyyəsində sertifikatlaşdırılsın və idxalı rəsmi distributor həyata keçirsin”, – …

Read More »

Tehranın polis rəisi işdən çıxarılıb

Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib. Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat …

Read More »

Türkiyə Danimarkaya nota verib

Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-dən bildirilib. Qeyd edilib ki, buna səbəb Danimarkada Qurani-Kərimə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir. Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib. Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda Qurani-Kərim yandırılıb.

Read More »

XİN: “Rusiya Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır”

“Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin “dondurulması” və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır: “Danışıqları mümkün qədər tez bərpa etməliyik”.

Read More »

Sahibə Qafarova Əlcəzairə səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Əlcəzairə səfər edəcək. Səfərin məqsədi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etməkdir. Yanvarın 28-də olacaq səfərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlardan Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Jalə Əliyeva, Tahir Kərimli və digər rəsmi şəxslər daxildirlər. Səfər …

Read More »

Azərbaycan səfirliyinə terror hücumu və Avropa İttifaqının görmədiyi faktlar – ŞƏRH

Terror ən təhlükəli cinayətdir. Bəzi rejimlər öz mahiyyətlərini belə hadisələr törətmək, yaxud onu himayə etməklə göstərirlər. Beynəlxalq ictimaiyyətin terror aktı təşkil edən, onun arxasında dayanan ölkələri vaxtında cəzalandırmaması belə halların daha da geniş yayılmasına səbəb olur. Hətta Avropa İttifaqı (Aİ) kimi beynəlxalq təşkilat terroru müdafiə edən dövlətləri öz adı ilə çağırmaqdan ehtiyat edir. Ancaq Cənubi Qafqaza, Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsinə …

Read More »

Moldova XİN Azərbaycan xalqına başsağlığı verib

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib. “Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir”, – tvitdə bildirilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində …

Read More »

ASRP Azərbaycanın İran səfirliyinə hücumla bağlı bəyanat yaydı

Azərbaycan Sosial Rifah Partiyasının Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib. Xain hücum aktı zamanı Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, mühafizə xidmətinin iki nəfər əməkdaşı isə yaralanıb.  Azərbaycan Sosial Rifah Partiyası olaraq baş vermiş xain hücumu qətiyyətlə pisləyir, dövlətimizin …

Read More »

MM-in komitə sədri: “Heç kim bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror hücümunu şiddət və hiddətlə qınayırıq. Heç kim və heç nə bizi doğru bildiyimiz yoldan döndərə bilməyəcək”. Komitə sədrinin sözlərinə görə, ölkəmizə qarşı yönələn bu alçaq hücumu törədənlər və bunu planlaşdıranlar bilməlidir ki, Azərbaycan dövləti və xalqı kimlikləri xurafatdan, cahillikdən və satqınlıqdan yoğrulmuş qüvvələrə qarşı hər zaman mübarizə aparıb və bu mübarizələrdən də hər …

Read More »