Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Read More »Putin: “Rusiya iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bildirib, lakin…”
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva iki dəfə NATO-ya üzv olmaq niyyətini açıqlayıb, lakin hər iki müraciətə alyans tərəfindən mənfi cavab verilib. Prezident bu fikirləri Valday Klubunun Plenar Sessiyasında səsləndirib. Boyukmillet.com xəbər verir ki, Putin Qərbdə səsləndirilən “Rusiya NATO-ya hücum edə bilər” iddialarını tamamilə mənasız adlandırıb və bunun “boş söz” olduğunu deyib. O, beynəlxalq münasibətlərdə yeni mərhələnin başlandığını vurğulayaraq …
Read More »“Balıqlara yem əvəzinə insan nəcisi verilir” – Azərbaycanda tükürpədici biznes
“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”. Bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub: “Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub”. …
Read More »“Bakıya girişin ödənişli olması bu mexanizmlə aparılacaq” – Ekspert detalları AÇIQLADI
2027-ci il yanvarın 1-dən etibarən Bakıya avtomobillə girişin pullu olacağı deyilir. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq. Mütəxəssislər yeni qərarı əsasən uzun illərdir paytaxtın ən böyük problemlərindən biri olan nəqliyyat sıxlığının azaldılmasına yönəlmiş strateji addım kimi dəyərləndirilir. Bakı küçələrinə girişin …
Read More »Biologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? – RƏSMİ CAVAB
Bakıda yerləşən “Məlhəm” hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu iddia edilir. Doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova düzgün doğuşu yerinə yetirilmədiyini və doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir. Həmçinin, zərərçəkənin yaxını sosial şəbəkələrdə bildirib ki, həkim Azərbaycan Tibb Universitetini deyil, BDU-nun biologiya fakültəsini bitirib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza …
Read More »Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb. Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb. Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib. …
Read More »Ermənistan parlamenti Azərbaycanla bağlı bəyanat layihəsini QƏBUL ETDİ
Ermənistan parlamenti “Ermənistan və Azərbaycan arasında sülhün qurulması” haqqında bəyanat layihəsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edək ki, müxalifət 20 dəqiqəlik fasilə istəyib, bunu bəyanatın mətninə bir neçə təklif vermək istəyi ilə əsaslandırıb və fasilədə bütün tərkibi ilə parlamentdən çıxıb.
Read More »Azərbaycan və Özbəkistan prezidentləri bir-birini TƏBRİK ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik edib. Boyukmillet.com -un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində deyilir: “Hörmətli Şavkat Miromonoviç, Əziz Qardaşım, Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan və Özbəkistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən …
Read More »Prezident sülh gündəliyindən DANIŞDI
Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyi üçün əhəmiyyət kəsb edir. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində …
Read More »Səfərbərlik Xidmətinin 75 əməkdaşı barəsində toplanmış materiallar prokurorluğa göndərilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci il ərzində 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib. Məlumata görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar