Azərbaycan və “McKinsey & Company” şirkəti arasında investisiya mühitinin təkmilləşdirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. “Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və …
Read More »MHP-nin sədr müavini: “Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”
“Ermənistan öz rifahını düşünürsə, diplomatik danışıqlarda fəal olmalıdır”. Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın deyib. Laçın və Zəngəzur dəhlizinin təkcə Cənubi Qafqaza və Azərbaycana deyil, Ermənistana da töhfə verəcəyini deyən deputat bildirib ki, Ermənistan dövlət və xalq olaraq rifaha qovuşmaq istəyirsə, gülləni öz ayağına …
Read More »Ərdoğan: “Yunanıstan baş nazirinin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”
“Yunanıstanın Baş naziri Kriakos Miçotakisin sözləri regionun taleyini həll etmək üçün kifayət deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Yunanıstan Lozanna anlaşmasının şərtlərinə əməl etmir: “Adalar hələ də silahlandırılır. Biz də buna uyğun olaraq lazımi addımları atırıq. Yunanıstan öz başının çarəsinə baxmalıdır”.
Read More »Leyla Abdullayeva 20 Yanvar günündə Parisdə Topçubaşovun məzarını ziyarət edib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib. “20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. “Torpaq əgər uğrunda ölən varsa Vətəndir” – diplomat bildirib.
Read More »Qərbi Azərbaycan İcmasının rəhbəri və üzvləri Şəhidlər xiyabanını ziyarət edib
Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar faciəsinin 33-cü ildönümündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, icma rəhbərliyi və üzvləri şəhidlərin məzarı üzərinə qərənfillər düzüb, müqəddəs ruhları qarşısında baş əyiblər. Şəhidlərimizin xatirəsi icma üzvləri tərəfindən ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Read More »Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Read More »Türkiyə MN: “Bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir olacağıq”
“1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaş və bacılarımızı yad edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviterində yazılıb. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir olacağıq”, – paylaşımda bildirilib.
Read More »NATO Baş katibi Ermənistan XİN rəhbəri ilə görüşəcək
NATO Baş katibi Yens Stoltenberq yanvarın 23-də Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildirilib. Görüş NATO-nun Brüsseldəki mənzil – qərargahında keçiriləcək. Tərəflərinin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir. Xatırladaq ki, daha əvvəl NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər etmişdi.
Read More »TÜRKSOY 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib. “1990-cı ilin 20 Yanvarında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş “Qanlı Yanvar” şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə hörmət və ehtiramımızı bildiririk”.
Read More »20 Yanvar, Zəfər günləri – Böyük qayıdışa təkan verən hadisələr – ŞƏRH
Cənubi Qafqaz işğal olunandan sonra ermənilər regiona köçürülüb. Bununla da bölgədə çar Rusiyasından başlayan faciələrin əsası qoyulub. Ermənilər Cənubi Qafqazda daim pozuculuq rolunu oynayıb, tanınmış şəxsləri şərləyib, sərvət sahiblərindən donoslar yazıb. Bununla da hakimiyyət yanında özünə yer edib. Bu isə Azərbaycana çox baha başa gəlib. Onlar, əsasən, Azərbaycanın Şirvan-Şamaxı, Qarabağ, Gəncə və İrəvan bölgələrində yerləşdirilib. Adıçəkilən bölgələr həm də tarixi-mədəniyyət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar