Cümə axşamı , 9 Aprel 2026

autor

Yanvarın 20-də Bakıda bağlanacaq yollar açıqlanıb

“20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub”. Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib. Onun sözlərinə görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “Hərəkətin …

Read More »

XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və …

Read More »

Naxçıvanda nağdsız əməliyyatlara görə ƏDV-nin qaytarılması məbləği 17,5 faizə qaldırılıb

Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb Boyukmillet.com xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb. Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə …

Read More »

Argentinalı narkotacirlər qaçırdıqları təyyarədə qəzaya uğrayıblar

Narkoticarətlə əlaqəli beş cinayətkar Argentinanın Çako əyalətində aviasiya klubundan “Cessna-206” yüngül mühərrikli təyyarəsini qaçırıb. Hücum edənlər uzağa qaça bilməyiblər, havaya qalxdıqdan dərhal sonra yanacaq verilişini açmadıqları üçün qəzaya uğrayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Diario Norte” nəşri məlumat yayıb. “Əgər o, şəhərə düşsəydi, bu, faciə olardı. Təyyarənin gizli bloklama sistemi var”, – prokuror Serxio Rios bildirib. O vurğulayıb …

Read More »

Ermənistanda hərbi hissədə yanğın olub, ölənlər və yaralananlar var

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saat 01:30 radələrində yanğın başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ölənlər və yaralananlar var. Hadisənin səbəbi müəyyənləşdirilir.  

Read More »

Türkiyə və ABŞ ikitərəfli ticarət həcmini 100 milyard dollaradək artırmaq niyyətindədirlər

Türkiyə və ABŞ ikitərəfli ticarətin həcmini ildə 100 milyard dollara çatdırmaq niyyətindədirlər. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdən sonra mətbuat açıqlamasında bildirib. “Strateji mexanizm çərçivəsində ildə ən azı iki dəfə nazirlərin görüşlərinin keçirilməsi barədə razılığa gəldik. Energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə uzlaşdıq. Həmçinin ölkələrimiz arasında …

Read More »

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə parlamentində sualları cavablandırarkən rəsmi İrəvanın bir aydır Bakıdan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözləməsinə, Azərbaycan tərəfinin guya danışıqları dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının …

Read More »

Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub. Boyukmillet.com  xəbər verir ki, görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə …

Read More »

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi məlum olub

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi məlum olub. Boyukmillet.com-un xəbərinə görə, sayca 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub. Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, …

Read More »

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə olublar

Bir qrup ukraynalı jurnalistə işğaldan azad edilmiş Cəbrayıl rayonundan Xudafərin körpüsünə səfər zamanı işğal illərində nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin bütövlükdə narkotik və qeyri-qanuni silah ticarəti üçün istifadə edilməsindən danışılıb. Boyukmillet.com xəbər verir ki, jurnalistlərə Xudafərin körpüsünün yaranma tarixi, 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərin işğaldan azad edilməsi və Araz çayının digər tərəfində, yəni İranda yaşayan azərbaycanlıların bu hadisələrə münasibəti …

Read More »