“Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer …
Read More »Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub
Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında məktub mübadiləsi olub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda deyilir: “Hörmətli Sadır Nurqojoyeviç, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, …
Read More »Səhiyyə Nazirliyi saxta insulin dərmanı ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb. Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub. …
Read More »NATO nümayəndəsi Nikol Paşinyanla Cənubi Qafqazdakı durumu müzakirə edib
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib. NATO nümayəndəsi qeyd edib ki, Alyans regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Qeyd edək ki, X.Kolomina Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan XİN başçısının müavini Vahe Gevorqyanla görüşüb.
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Boyukmillet.com Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.
Read More »Azərbaycanda koronavirusa 75 yeni yoluxma qeydə alınıb, 6 nəfər vəfat edib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, hazırda 464 aktiv xəstə var. Bu günə qədər …
Read More »Ermənistanın hakim partiyasının deputatı: “Azərbaycanlılarla Qarabağdakı ermənilərin birgəyaşayışı mümkündür”
“Azərbaycanlılarla Qarabağdakı ermənilərin birgəyaşayışı mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Qurgen Arsenyan “news.am” yutub kanalına müsahibəsində uyğun suala cavabında bildirib. “Bu, əlbəttə, mümkündür. Çünki biz (Ermənistan hakimiyyətini nəzərdə tutur – red.) məsələyə bir-birimizi məhv etmək nöqteyi-nəzərindən baxmırıq” – o, vurğulayıb. Deputatın sözlərinə görə, problemi həll etmək lazımdır, daim şiddətləndirmək deyil.
Read More »DMX-nin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb). Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən …
Read More »Moldova Prezidenti dünya ölkələrini Ukraynaya kömək etməyə çağırıb
“Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün Ukraynaya kömək etmək lazımdır. Əks halda, başqa ölkələri təhlükə gözləyir”. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Davos İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, demokratiyanı qorumağın yeganə yolu həmrəylikdir: “Biz Rusiyanı demokratik ölkə hesab etmirik. Bu isə o deməkdir ki, təhlükə hələ də qalmaqdadır”. M.Sandu bildirib ki, …
Read More »Rusiya XİN rəhbəri: “Bizə Ermənistanın Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib”
“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib. Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır: “Təbii ki, orada ayrıca qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar