Cümə axşamı , 9 Aprel 2026

autor

Türkiyə PA Bəşər Əsədə cavab verib: “Suriyada quru əməliyyatları hər an başlaya bilər”

Türkiyə ordusu Suriyada quru əməliyyatları hər an başlaya bilər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, R.T.Ərdoğanla ikitərəfli görüşün baş tutması üçün Türkiyə Suriyann şimalındakı anti-terror əməliyyatlarını dayandırmalıdır.

Read More »

Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib. Boyukmillet.com xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və …

Read More »

Mən də qərbi azərbaycanlıyam – məşhur Qarakilsədən… – MÜSAHİBƏ

Rauf Zeyni: “Bir Qərbi azərbaycanlı olmaq, eyni zamanda bir qarakilsəli, zəngəzurlu olmaq tamam başqa bir hissdir” “Biz o torpaqlara, öz tarixi yurdumuza mütləq qayıdacağıq” Oğuz türklərinin qədim yaşayış məskənlərindən, tarixi yurd yerlərindən biri Qarakilsə rayonudur ki, onun tariximizdə ayrıca bir şöhrəti var. Bu gün Sisyan adlandırılan Qarakilsə 30 ildən çoxdur ki, öz doğma sakinlərinin nəfəsinə həsrətdir, elə didərgin salınan insanlar …

Read More »

Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib. “Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, sülh …

Read More »

MN: “2023-cü ildə minatəmizləmə işləri plana uyğun olaraq davam etdiriləcək”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad olunan ərazilərdə aparılan minatəmizləmə işləri barədə tapşırıq verib. Boyukmillet.com xəbər verir ki, nazir tapşırığını yanvarın 14-də keçirdiyi müşavirədə çatdırıb. Toplantıda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb. Qış tədris …

Read More »

“CNN Türk”ün müxbiri: “Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır” 

“İkinci Qarabağ müharibəsindən sonra bölgədə gərginliyin azalmadığını gördüm. Müharibə bitib, amma gərginlik hələ də davam edir. Bu cür problemlər davam edərkən dünya ictimaiyyəti Şuşadan keçən Xankəndi-Laçın yolundakı son vəziyyətin necə olduğunu bilmirdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında “CNN Türk” telekanalının müxbiri Ahmet Melih Türkeş deyib. O, dinc aksiyanın keçirildiyi ərazidə gördüklərindən danışarkən bildirib ki, ərazidə …

Read More »

Moldovanın Baş naziri: “Avropaya inteqrasiya məsələsində Ukrayna və Gürcüstandan geri qalırıq”

“Moldova qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesində Ukrayna və Gürcüstandan geri qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Nataliya Qavrilitsa bildirib. “Mənbələrimizə və məlumatlarımıza əsasən söyləyə bilərik ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından həm Gürcüstandan, həm də Ukraynadan geri qalırıq. Gürcüstan və Ukrayna bu prosesə daha əvvəl başlayıb, çünki bu ölkələrin Avropaya inteqrasiyanı prioritet hesab edən hökumətləri var idi. Biz də buna nail …

Read More »

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiqləyib. Qeyd edək ki, 15 maddədən ibarət saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini …

Read More »

Ötən gün Azərbaycanda 24 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More »

Azərbaycan neftinin qiyməti 91 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,7 % artaraq 91,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 82,1 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il …

Read More »