Cümə axşamı , 9 Aprel 2026

autor

Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib

Braziliya Prezidenti Lula da Silva ölkə paytaxtının mərkəzi hissəsindən uzaqdakı təhlükəsiz əraziyə təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 8-də yerli KİV məlumat yayıb. Hazırda Braziliyanın paytaxtında sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları keçirilir. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Etirazların dinc keçəcəyi ehtimal edilirdi. Lakin etirazlar hökumət binalarının kütləvi şəkildə ələ keçirilməsinə çevrilib. Polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar …

Read More »

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib. Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək. “Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var – Rusiyadan fərqli olaraq biz başqa …

Read More »

Prezident Ərdoğan  Cengiz Kurtoğlu ilə mahnı ifa etdi – VİDEO

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda universitet tələbələri ilə görüşüb. AK Partiya Gənclik Qolunun təşkil etdiyi ÜNİAK FEST proqramına qatılan Ərdoğan gənclərə müraciət edib. Digər tərəfdən, Ərdoğanın çıxışından sonra səhnəyə çıxan Cengiz Kurtoğlu “duyanlara, duymayanlar ” mahnısını ifa edib. Boyukmillet.com Türkiyə mətbuatına istindən xəbər verir ki,  UniAKFest (Universitet AK Gənclik Festivalı) AK Partiya Gənclik Qolu Başkanlığı tərəfindən Sarıyerdəki Volkswagen Arenada keçirilib. Günorta …

Read More »

Tehranda silahlı şəxslər universitetə ​​atəş açıb, xəsarət alan var

Naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən “Əllame Təbatəbai” Universitetini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıblar, bundan sonra hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edilir ki, silahlı şəxslər bir müddət həmin şəxsi təqib ediblər, ona atəş açan şəxsin üzü maskalı …

Read More »

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “Feysbuk dostlarımızdan biri narkotiklə əlaqəli verdiyi məlumat əsasında paytaxtda bir neçə nəfər saxlanılaraq məsuliyyətə cəlb edildi. Vətəndaş nümunəsi göstərən həmin şəxsə minnətdarlıq edirik”, – DİN rəsmisi qeyd edib.

Read More »

Almaniyada Bundestaq rəsmiləri Kiyevə “Leopard” tanklarını göndərməyə çağırıblar

Almaniya Bundestaqının vitse-prezidentləri Katrin Göring-Ekardt və Volfanq Kubiki Kiyevə “Marder” piyada döyüş maşınlarının və “Leopard” tanklarının göndərilməsini dəstəkləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın “Hamburger Abendblatt” qəzeti məlumat yayıb. Ekardtın fikrincə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yalnız BMP göndərməklə kifayətlənməməlidir. “Biz mümkün olan hər şeyi etməliyik və çatdırmalıyıq. Buraya “Leopard” tankları da daxildir”, – vitse-prezident deyib. Kubiki qeyd edib ki, …

Read More »

İmişlidə qəzalı məktəb qısa müddətdə mobil sanitar qovşağı ilə təmin ediləcək

Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.

Read More »

Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var

Qaxın Kötüklü kəndində “VAZ-2106” markalı avtomobil telefon dirəyinə çırpılıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə bu ölkələrin rəsmiləri məlumat yayıb. Ukrayna Prezident Ofisi və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi “50-nin 50-yə prinsipi” ilə baş tutub. Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.

Read More »