İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib. “Report” un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər. Müsadirə olunan narkotiklərin “qara bazar”dakı dəyəri 50 milyon dolları ötür. DİN-də keçirilən …
Read More »Prezident İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir:
Read More »Azərbaycanda Anım Günüdür
Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış …
Read More »BMT Putinin silahların məhdudlaşdırılması ilə bağlı təklifini dəstəkləyib
Birləşmiş Millətlər Təşkilatı tərk-silah müqavilələrinin müddətinin uzadılmasını dəstəkləyir. Boyukmillet.com-un xəbərinə görə, bunu brifinqdə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Rusiya Prezidenti Vladimir Putinin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsi (START) ilə bağlı təkliflərini şərh edərkən deyib. “Biz tərk-silah üzrə əsas müqavilələrin uzadılmasını dəstəkləyirik”,- o, müvafiq suala cavab verib.
Read More »Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …
Read More »Almaniya PUA insidentindən sonra təxribatla bağlı araşdırmalara başlayıb
Almaniya pilotsuz uçuş aparatları (PAU) ilə bağlı insidentdən sonra mümkün casusluq və təxribatla bağlı araşdırmalara başlayıb. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Şlezviq-Holştayn federal torpağının daxili işlər naziri Sabina Zütterlin-Vak məlumat verib. O, dronların dünən gecə aşkarlandığını, bundan sonra yerli hakimiyyət orqanlarının araşdırmaya başlamaq qərarına gəldiyini bildirib. “Qismən Danimarka və digər Avropa ölkələrində baş verən son hadisələrə görə …
Read More »Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkar edib
Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb. Boyukmillet.com Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib. Yoxlama nəticəsində məlum olub ki, Agentlik …
Read More »Azərbaycan və Yaponiya Dövlət Komissiyasının iclası keçirilib, İqtisadi Komitənin Protokolu imzalanıb
Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclasının və Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin Protokolu imzalanıb. Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, sənədləri Azərbaycan ilə Yaponiya arasında keçirilən iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası zamanı Azərbaycan Dövlət Komissiyasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru …
Read More »Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti sentyabrın 28-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, …
Read More »Xətaidə vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edilib
Bakı şəhəri, Xətai rayonunda yerləşən “Kolorit” restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib. Bu barədə Boyukmillet.com Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar