Cümə axşamı , 9 Aprel 2026

autor

Səlahiyyətli nümayəndə: “Naxçıvan Ali Məclisində qəbul edilmiş qanun aktlarında nöqsanlar var”

“Naxçıvan Ali Məclisi isə öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə – red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib. Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun …

Read More »

Fuad Nəcəfli: “Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm”

“Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib. “Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir”, – səlahiyyətli nümayəndə vurğulayıb. O xatırladıb ki, Naxçıvanın blokadası başlayan ilk illərdə vəziyyət olduqca çətin …

Read More »

İrəvan sakini Ermənistandan muxtariyyat tələb edir – VİDEO

Bu həftə Qərbi azərbaycanlılarla görüşdə Prezident İlham Əliyev onlara yenə əminlik verdi. Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız Qərbi Azərbaycana qayıdacaqlar. O günü gözləyənlərdən biri də İradə Rizazadədir. O, 34 ildir ki, doğma yurdu İrəvana həsrətdir. Ev-eşiyi, doğmalarının məzarları Ermənistanda qalıb. O yerlərin köklü sakini olduğunu sübut edən pasportunu hələ də saxlayan İradə xanım tezliklə doğma yurduna qayıdacağına əmindir.

Read More »

“Ümid” SİD “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (“Ümid” SİD) 07 dekabr 2022-ci il tarixindən T-NETWORK – təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb. Layihə 12 ay müddətində icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakıətrafı 2 qəsəbə (Türkan və Hövsan) nəzərdə tutulmuşdur.Layihə partnyoru …

Read More »

Kim-kimi özünə işlədib?

Bəxtiyar Hacıyev həbsdə olmasaydı, bu yazının tənqid dozasını bir qədər artıq edərdim. Allah qapısını açsın, deyib, keçirəm əsas mətləbə. Yəqin təxminən söhbətin nədən gedəcəyini zənn etdiniz. Sosial şəbəkələrdə özünü cəmiyyətdəki radikal narazı elektoratın təmsilçisi kimi qələmə verən Bəxtiyar Hacıyevlə, hakimiyyətin nəzarətində olan APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızının səsli mesajlasmasını sübut edən səs yazısı yayılıb. Adəti üzrə, yəqin ki, Bəxtiyar …

Read More »

Professor Prezidentlə görüşdən danışdı – BU GÖRÜŞ TARİXİ TORPAQLARIMIZA BAĞLILIĞIMIZIN İFADƏSİ İDİ

“Azərbaycan Prezidentinin “Qərbi Azərbaycan” İcmasının təmsilçiləri ilə görüşü İlham Əliyevin timsalında dövlətin, cəmiyyətin tarixi torpaqlarımıza nə qədər bağlı olduğumuzun ifadəsi idi”. Boyukmillet.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” icmasındakı görüşünə qatılan Pedaqoji Universitetin prorektoru,  professor Mahirə Nağıqızı deyib. Ölkə rəhbərinin bu görüşdə səsləndirdiyi fikirlərin yaxın tariximizin xatırlanması ilə yanaşı gələcəyə verilən bir mesaj olduğunu vurğulayan Mahirə …

Read More »

Şöhrət Eyvazov: “Aksiyasının dağılacağı bir erməni yalanıdır, əslində…”

Artıq on beş gündür ki, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir. Aksiyanın ilk günündən bölgəyə ezam olunan, prosesi yaxından işıqlandıran tanınmış jurnalist, İctimai TV əməkdaşı Şöhrət Eyvazov QHT.az  Adalet.az saytına istinadən  suallarına cavab verib. – Əziz həmkar, hazırda erməni saytları, erməni teleqram kanalları azərbaycanlı ekofəalların etiraz aksiyasının dağılacağını tirajlayır. Bu nə qədər doğrudur?– Ermənilər öyrənib yalan danışmağa…Aksiyanın dağılacağı, …

Read More »

İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilən sərhəd axtarışı və əməliyyat …

Read More »

İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Bakıda 30 məktəbin direktoru işdən çıxarılıb

2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib. Boyukmillet.com xəbər verir ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Read More »