Bazar ertəsi , 6 Aprel 2026

autor

Gəncə–Mingəçevir–Ağstafa qatarının ildə 100 min sərnişin daşıyacağı gözlənilir

İlkin hesablamalara görə, Gəncə–Mingəçevir–Ağstafa dəmir yolu marşrutu üzrə ildə təxminən 100 min sərnişin daşınacaq. “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev marşrut üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısı ilə qatarla daşınan sərnişinlərin sayı artır: “Bu istiqamətlər …

Read More »

Milli Məclisin deputatları Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər. Boyukmillet.com xəbər verir ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir. Sənəddə 2020-ci …

Read More »

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlılar artıq İrəvana taksi ilə gələcəklər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Boyukmillet.com xəbər verir ki, “Azərbaycanlılar artıq İrəvana taksi ilə gələcəklər” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim “Mülki müqavilə” Partiyasının qurultayında çıxışı zamanı ölkədə “dördüncü respublika”nı elan etməsindən bəhs olunur. Bildirilir ki, Ermənistanda respublikanı nömrələmək ənənəsi var: “Ermənilər 1918-1920-ci illəri “birinci respublika”, SSRİ dövrünü “ikinci respublika”, 1991-ci ildən sonrakı dövrü isə …

Read More »

ABŞ oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcək

Oktyabrın 1-dən əczaçılıq məhsullarına ABŞ-də 100% tarif tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, ABŞ lideri Donald Tramp bu barədə “Truth Social”da məlumat verib. Onun sözlərinə görə, Vaşinqton oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tariflər tətbiq edəcək. Tramp əlavə edib ki, artıq ABŞ-də öz fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar ediləcək.

Read More »

Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Suriyada düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 Azərbaycan vətəndaşı sentyabrın 17-də ölkəyə gətirilib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb. Görüşdə qadın və uşaqlar …

Read More »

Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə – metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq – Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə …

Read More »

Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovu aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirib. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, Mingəçevir su anbarında keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb. Yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinlərindən 2 ədəd dəmir …

Read More »

Tramp Türkiyənin Rusiyadan neft almasını dayandırmağa hazır olduğunu iddia edib

ABŞ prezidenti Donald Tramp Türkiyənin Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu iddia edib. Boyukmillet.com xəbər verir ki, Ağ Evdə jurnalistlərlə görüşü zamanı Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya neftinin idxalını dayandırmağa razı olub-olmadığı sualına birbaşa cavab vermək istəmədiyini bildirib. “Amma mən onun dayanmasını istəsəm, dayandırardı. Əminəm ki, o təchizatları dayandıracaq. Bilirsən niyə? Çünki siz onu bir çox başqa insanlardan ala …

Read More »

Azərbaycanın çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl medal qazanıblar

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Boyukmillet.com xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edib. Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb. Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün …

Read More »