Cümə axşamı , 9 Aprel 2026

autor

Mərkəz sədri: “Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”. Bu sözləri “Report”un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib. Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb: “Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı …

Read More »

“Azəriqaz” ermənilərin növbəti təxribatına cavab verib

Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırması ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır: “Bu dəfə yayılan dezinformasiyaya görə, guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, …

Read More »

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının təminat avtomobili maneəsiz hərəkət edib

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb. Boyukmillet.com-un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə yolla hərəkətinə davam edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Belə ki, aksiya iştirakçıları bu mövqeni də nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə …

Read More »

Azərbaycan-Türkiyə-Türkmənistan arasında 6 sənəd imzalanıb

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə …

Read More »

Agentlik QHT-lərlə müzakirə apardı

Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri” sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları ilə onlayn görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Agentliyin məsul əməkdaşı Leyla Rəhimova və “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri” sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları iştirak ediblər. Görüşün keçirilməsində məqsəd 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi …

Read More »

Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Görüş Türkmənistanının Avaza rayonunda keçirilib. R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Xatırladaq ki, bu gün Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı …

Read More »

Azərbaycan neftinin qiyməti 83 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,77 % artaraq 83,04 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,44 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Azərbaycan Prezidentinin Türkmənistana işgüzar səfəri başlayıb

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov …

Read More »

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən əraziyə əlavə canlı qüvvə cəlb edib

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə cəlb edib. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər. Aksiya hazırda “Azərbaycan oyaqdır, …

Read More »