Cümə axşamı , 9 Aprel 2026

autor

Qeyri-qanuni erməni dəstələri Ağdam və Xocavənd istiqamətlərindəki mövqelərimizi atəşə tutub

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Rauf Vəliyev: “ASCO Rusiyada ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Rusiyanın, o cümlədən Həştərxan vilayətinin gəmiqayırma zavodlarında müxtəlif ixtisaslaşdırılmış gəmilərin inşası imkanlarını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev deyib. “Bundan başqa, ikitərəfli səfərlər və görüşlər zamanı Bakı Gəmiqayırma Zavodu ilə Həştərxan vilayətinin tərsanələri arasında birgə inşa, montaj və ya digər əməkdaşlıq imkanları nəzərdən keçirilir. ASCO …

Read More »

Prezident: “İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”

“İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt …

Read More »

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində (ŞPİ) növbəti vətəndaş qəbulu keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. Sonra …

Read More »

Azərbaycan Prezidenti gələn il Tacikistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev gələn il Tacikistana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında bildirib. Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan Prezident İlham Əliyev deyib: “Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək …

Read More »

İlham Əliyev: “Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir”

“Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. “Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli …

Read More »

Prezident: “Azərbaycan xalqı Pakistanın siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirir”

“İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. “Son iki ayda mən Pakistanın Baş …

Read More »

İlham Əliyev: “İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq”

“İstifadəyə veriləcək yeni yataqlar bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib. “Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Qarşıdakı …

Read More »

Azərbaycan lideri: “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”

“İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”, – Prezident …

Read More »

İlham Əliyev: “Dekabrın 7-də Brüsseldə Nikol Paşinyanla nəzərdə tutulan görüş keçirilməyəcək”

“Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib …

Read More »