Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təkmilləşdirilməsinə dair fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə deyib. Onun sözlərinə görə, ümumiyyətlə ictimai nəqliyyatda tam …
Read More »Azərbaycan və Ermənistan beynəlxalq müsabiqədə ilk dəfə ən yüksək balların mübadiləsini edib
Azərbaycan və Ermənistan Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində ilk dəfə ən yüksək balların mübadiləsini edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, layihənin başlanğıcında Azərbaycan münsiflər heyətinin üzvü erməni ifaçısı Saro Gevorgyana 10 bal verib, erməni hakimi isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Quluzadəyə maksimum bal verib. Müsabiqənin birinci mərhələsi sentyabrın 20-də başa …
Read More »Azərbaycanda 8 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Oktyabrın 8-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank”, “Kredo Bank”, “Gəncə Bank”, “Dəmir Bank”, “Qafqaz İnkişaf Bankı”, “NBC Bank” ASC-lərin və “Bank Standard” QSC-nin, oktyabrın 15-də isə “Texnikabank” və “Atabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət “Texnika Bank”a məxsus Beyləqan şəhəri, …
Read More »İlham Əliyev prokurorların beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev “Suverenliyin keşiyində: Konsitutisiyada prokurorluğun statusu” dəyirmi masa formatında keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir zamanı müraciəti Baş prokuror Kamran Əliyev oxuyub. Mətndə bildirilir: “Hörmətli tədbir iştirakçıları, Sizi “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. …
Read More »Azərbaycan və BƏƏ “Şəhər içində şəhər” konsepsiyası üzrə əməkdaşlıq edəcək
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində ba. tutub. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin …
Read More »Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana …
Read More »İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub. Müraciətdə bildirilir: “Hörmətli Forum iştirakçıları, Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və …
Read More »TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 22-də 379 milyon 977 min 291 kVt/saat həcmində sifariş alınıb. Bu barədə Boyukmillet.com TAP-ın elektron platformasına istinadən xəbər verir. Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,74 % çoxdur. Kipoi çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,17 % azdır. Sentyabrın 17-nə …
Read More »Tramp: Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik
ABŞ Rusiya ilə gərginliyin artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib. “Bəli, mən bunu edəcəyəm”, – o, Rusiya ilə gərginliyin artacağı təqdirdə ABŞ-nin Baltikyanı ölkələr və Polşaya kömək edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib. 2025-ci il sentyabrın 10-a keçən gecə Rusiyanın Ukraynanın …
Read More »Ərdoğan Trampla müzakirə edəcəyi mövzuları açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-li həmkarı Donald Tramp arasında sentyabrın 25-də Vaşinqtonda görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Türkiyə lideri bu barədə ABŞ-yə yola düşmədən öncə Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, Trampla görüşündə regional məsələlər ön planda olacaq. “Bölgəmizdə münaqişə və gərginliyin azaldılmasında biz liderlərə böyük məsuliyyət düşür”, – Ərdoğan bildirib. O həmçinin Nyu-Yorkda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar