Türkiyənin Bursa şəhərində yaşayış binasında yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə yerli vaxtla saat 23:30 radələrində Yıldırım rayonunda əcnəbilərin məskunlaşdığı binada qeydə alınıb. Yanğın zamanı 8-i uşaq, 1-i qadın olmaqla 9 nəfər ölüb. İlkin məlumata görə, hadisəyə qaz sobasında təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.
Read More »Bosniya və Herseqovinada Zəfər günü banneri yerləşdirilib
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun mərkəzində Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsinin ikinci ildönümü münasibətilə Zəfər günü banneri yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev feysbuk hesabında bildirib. “Sarayevonun mərkəzində Zəfər günü banneri. Zəfər həmişə bizimlə olsun!”, – V.Quliyev sosial şəbəkə hesabında yazıb.
Read More »Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim …
Read More »Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət edib
Bu gün Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının bir qrup üzvü Zəfər Günü münasibətilə hər iki Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Zəfər Günündə İcma üzvü Afidə Əhmədovanın qardaşı, birinci Qarabağ savaşının şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şura üzvləri II Şəhidlər Xiyabanında Vətən …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “Qarabağa qayıdışın ilk mərhələsini artıq yekunlaşdırmışıq”
“Biz Qarabağa qayıdışın ilk mərhələsini artıq yekunlaşdırmışıq”. Boyukmillet.com xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ağalı kəndində Zəfər Gününə həsr olunan konsert proqramından sonra jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, son iki il ərzində kifayət qədər böyük işlər görülüb: “Ağalı kəndində genişmiqyaslı bərpa-quruculuq işləri, müxtəlif infastruktur layihələri həyata …
Read More »Dövlət Departamenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülh arzusunu göstəri
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın bazar ertəsi ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşü rəsmi Bakı və İrəvanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə nail olmaq istəyindən xəbər verir. Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Hesabatda qeyd edilir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken görüşü “davamlı sülh sazişinə doğru …
Read More »Ali Baş Komandan sentyabr döyüşlərindən sonra Azərbaycan Ordusunun yerləşdiyi yeni mövqeləri açıqlayıb
“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib”. Boyukmillet.com xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. “Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. …
Read More »Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qarabağ həmişə Azərbaycan olaraq qalacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi tviter hesabında paylaşım edib. “44 günlük dastanvari bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr -Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq”, – R.T. Ərdoğan bildirib. …
Read More »Azərbaycan lideri: “Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”
“Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. “Şuşa həqiqətən …
Read More »İran səfirliyi Zəfər Günü ilə bağlı təbrik yayıb
İranın Azərbaycandakı səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Zəfər Günü və İslam dünyası torpaqlarının bir hissəsi olan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edirik. Şəhidlərin ruhu şad olsun”, – paylaşımda qeyd olunub. Zəfər günü və İslam dünyası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar