Cümə axşamı , 9 Aprel 2026

autor

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb. Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək; 2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə …

Read More »

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası təsdiqlənib

“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası” təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası 1. Ümumi müddəalar 1.1. Bu Qayda “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.4-cü maddəsinə əsasən hazırlanmışdır …

Read More »

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək

Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam ölkədə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb Sərəncamla Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı …

Read More »

Prezidentin Protokol xidmətinə yeni rəis təyin edilib

Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə A.Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

Read More »

Vaşinqtonda ABŞ-ın dövlət katibi, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu A.Mirzoyan bildirib. Lakin o, görüşün dəqiq tarixini açıqlamayıb. “Görüş bir neçə günə baş tutacaq”, – nazir söyləyib.

Read More »

AQC sədri yeni qanunun qəbul olunmasını təklif edir – MƏTN

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc  peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib. Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, AQC sədri peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib. Təklifi olduğu kimi diqqətinizə çatdırırıq: Son dövrlər Azərbaycanda assosiativ …

Read More »

Qarabağda 50-dən çox elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib. “Ümümi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın …

Read More »

“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib – FOTOLAR

“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib. Konfransda Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Konfransı açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, Azərbaycanın azad …

Read More »

Ağdamda dörd minadan ibarət tələ-minası aşkarlanıb

Ağdamda dörd minadan ibarət tələ-minası aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina …

Read More »

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə …

Read More »