Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib

Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyət istiqamətləri müəyyənləşib.

Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası”nda əksini tapıb.

Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını təşkil etmək;

3. fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;

4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …