Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Boyukmillet.com xəbər verir ki, “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir. Sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi …
Read More »Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir. Plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir. Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir. “Dəniz təməl komando kursu”nu …
Read More »Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədi boyu ilk şərti patrul xidmətinə gediblər
Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb. Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: “Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”. Xatırladaq ki, …
Read More »Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Azərbaycan XİN İrana terror aktı ilə bağlı başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib. Bu barədə Boyukmillet.com XİN-in tviter hesabına istinadən xəbər verir. “İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – …
Read More »Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,67 ABŞ dolları, yaxud 1,76 % artaraq 96,73 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 95,90 ABŞ dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda …
Read More »İŞİD İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.Bu barədə Boyukmillet.com “Le Figaro”ya istinadən xəbər verir.Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.Son məlumatlara görə, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.Daha əvvəl İranın bir sıra mətbu orqanlarından bəziləri terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. …
Read More »Türkiyə Silahlı Qüvvələri şəhid verib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatında şəhid verib. Boyukmilet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, dünən – oktyabrın 26-da terrorçularla döyüşdə yaralanan Faim Bozkurt yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.
Read More »Rusiya Baş nazirinin müavini bu gün Azərbaycana səfər edəcək
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bu gün Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərdə məqsəd oktyabrın 27-də Bakıda işə başlayacaq Avrasiya İqtisadi Forumunda iştirak etməkdir. Forumda Azərbaycanın hökumət nümayəndələri, Rusiya Baş nazirinin müavini Aleksey Overçukla yanaşı, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “İnteza Bank”ın rəhbəri Antonio Falliko, …
Read More »Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar