Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Astanada Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilir
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan Prezidenti: “Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir”
“Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …
Read More »TANAP faydalı yanacaq sahəsində Dünya Bankının 10 ən yaxşı layihəsinə başçılıq edir
Azərbaycan təbii qazını Türkiyə üzərindən Cənubi Avropaya nəql edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Dünya Bankı Qrupunun (DB) təşviq etdiyi ilk 10 faydalı yanacaq layihəsi siyahısında birinci yerdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yeni “Big Shift Global” hesabatında deyilir. Hesabatda Dünya Bankının son illərdəki maliyyə axınları təhlil edilir və inkişaf bankının köməyi ilə irəliyən ilk 10 faydalı yanacaq layihəsi müəyyən edilir. Hesabata əsasən, …
Read More »Pakistan Milli Bankının Bakı filialının lisenziyası könüllü ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib. Boyukmillet.com bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib. Lisenziyanın …
Read More »Suriyada orduya məxsus avtobusda partlayış törədilib, 18 hərbçi ölüb
Suriyanın Dəməşq əyalətində avtobusda partlayıcı qurğunun işə düşməsi nəticəsində ölkə ordusunun azı 18 hərbçisi ölüb. Boyukmillet.com “Regnum”a istinadən xəbər verir ki, məlumatı Suriyanın təhlükəsizlik orqanı yayıb. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Read More »Astanada Azərbaycan və İran prezidentlərinin görüşü olub
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Qırğız ekspert: “Azərbaycan türk dünyasının vacib tərkib hissəsidir”
“Son illər Azərbaycanın regional və beynəlxalq siyasətdə əhəmiyyəti xeyli artıb”. Bunu “Report”a açıqlamasında Qırğızıstanın “Ağıllı həllər” analitik mərkəzinin direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Esen Usubaliyev deyib. Ekspertin fikrincə, bu, təkcə böyük enerji potensialının deyil, həm də daha çox Azərbaycanın resurs potensialından səmərəli istifadəsinin və bunun ölkənin iqtisadi, sosial-siyasi və hərbi potensialının inkişafına istiqamətləndirilməsinin nəticəsidir: “Təbii ki, indi Azərbaycan Cənubi Qafqazın …
Read More »Ukrayna Silahlı Qüvvələri: “Düşmənin Belarusdan mümkün hücumuna hazırıq”
“Ukrayna qoşunları düşmənin Belarusdan mümkün hücumuna hazırdır. Əgər lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib. Onun sözlərinə görə, Ukrayna ordusu Belarus istiqamətindən ehtimal edilən istənilən hücumun qarşısını almağa hazırdır: “Hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır”. Xatırladaq ki, Belarusun siyasi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar