Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib. Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl …
Read More »AQTA: Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoyub
Azərbaycan 15 xəstəlik üzrə dünyanın 85 ölkəsindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. Onun sözlərinə görə, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub: …
Read More »Türkiyənin 38 əyalətində İŞİD-ə qarşı əməliyyatda 161 nəfər saxlanılıb
Türkiyənin 38 əyalətində son bir həftədə keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşmasında fəaliyyət göstərməkdə, terror təşkilatını maliyyə dəstəyi ilə təmin etməkdə şübhəli bilinən 161 nəfər tutulub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Ankara və İstanbul da daxil olmaqla 38 əyalətdə İŞİD-ə qarşı eyni zamanda …
Read More »Xərçəng xəstəliyinin erkən aşkarlanması üçün üsul hazırlanıb
Alimlər insan papilloma virusunun yaratdığı ən çox yayılmış xərçəng xəstəliyi növlərindən biri ilə əlaqəli orofaringeal xərçəngin erkən diaqnostikası üçün irəliləyiş üsulunu təqdim ediblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə araşdırma “Journal of the National Cancer Institute” jurnalında dərc olunub. Komanda dövran edən şiş insan papilloma virusunun DNT-sini (ctHPVDNA) axtarmaq üçün qan testindən istifadə edib. Tədqiqat diaqnozdan 1,3-10,8 il əvvəl toplanmış 28 …
Read More »Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib
Ermənistanın Su Təsərrüfatı Komitəsinin sədri Karen Sedrakyan Baş nazir Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə hökumətin saytında məlumat verilib. K.Sedrakyan 2025-ci ilin mayında komitə sədri təyin edilmişdi. Paşinyanın digər qərarı ilə Ermənistanın Vardan Kostanyan ərazi idarəetmə və infrastruktur nazirinin müavini, Samvel Muradyan isə Əmək və Sosial Məsələlər Nazirliyinin baş katibi vəzifələrindən azad edilib.
Read More »Polşa Belarusla sərhədi bağlayıb
Polşa yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) Belarusla sərhəddə o vaxta qədər fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələrini bağlayıb. Boyukmillet.com-un xəbərinə görə, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski Terespolda o vaxta qədər fəaliyyət göstərən yeganə sərnişin buraxılış məntəqəsində mətbuat konfransında deyib. “Gecə yarısı Belarusla sərhəddə hərəkəti dayandırdıq. Bu, “Zapad-2025″ təlimləri ilə əlaqədardır”, – nazir bildirib. “Hərəkət …
Read More »Braziliyanın sabiq prezidenti Bolsonaru 27 il 3 ay müddətinə azadlıqdan məhrum olunub
Braziliyanın Federal Ali Məhkəməsi ölkənin hazırkı lideri Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün dövlət çevrilişinə cəhd etdiyi üçün sabiq prezident (2019-2022) Jair Bolsonarunu 27 il 3 ay həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb. Bolsonaronun təqsirli bilinməsi və həbs cəzasına məhkum edilməsi barədə qərarı Ali Məhkəmənin dörd hakimi …
Read More »Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib, o cümlədən bu ölkənin neftinin qiymət tavanını aşağı salıb. Boyukmillet.com-un xəbərinə görə, Okeaniya ölkəsi Rusiyadan olan 11 fiziki və 8 hüquqi şəxsə sanksiya tətbiq edib. Siyahıya “kimyəvi silahların tədarükü, dezinformasiyanın yayılması və sanksiyalardan yayınmağa imkan verən alternativ ödəniş sistemləri ilə məşğul olan Rusiya subyektləri” daxil edilib. Yaponiya tərəfinin analoji tədbirləri Rusiyadan 14 …
Read More »Neftçalada bir yaşlı körpə anasının qucağından yerə düşərək ölüb
Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun II Qaralı kəndində baş verib. İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri – 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb. Faktla bağlı araşdırma aparılır.
Read More »Jurnalistin evi əlindən alına bilər
Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri, basta.info saytının rəhbəri Mustafa Hacıbəylinin mənzili əlindən alına bilər. Mustafa Hacıbəyli Meydan TV-yə bildirib ki, 2008-ci ildə dostu onun evini girov qoyaraq “Yelo Bank”dan 33540 manat dəyərində ipoteka müqaviləsi bağlayıb. Onun sözlərinə görə, həmin müqavilə üzrə götürülən 33540 manat əvəzinə banka 60 min manata yaxın pul ödənilib: “Auditorlar Palatasının iş üzrə rəsmi rəyinə görə kredit artıqlaması …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar