Cümə axşamı , 9 Aprel 2026

autor

Abşeron Gənclər Şəhərciyində AKSİYA: Sakinlər yolun süni şəkildə uzadılmasına etiraz edir – FOTO

Bu gün Abşeron Gənclər şəhərciyinin sakinləri Bakı-Sumqayıt yolunun VAZ-ın dairəsi deyilən ərazidə yolun uzadılmasına etiraz olaraq aksiya keçiriblər. Boyukmillet.com  xəbər verir ki, sakinlər Bakıya gedərkən daha çox yol qət olduqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, Bakı-Sumqayıt yolunda geri dönərkən bundan əvvəl VAZ-ın dairəsi deyilən ərazidən geri dönüb, şəhərə gedirdilər. Bir müddət əvvəl həmin ərazidən geri dönmək üçün yol təxminən 7 …

Read More »

MEDİA-nın təşkilatçılığı ilə universitetlərdə seminarların keçirilməsinə başlanılıb

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan …

Read More »

İlham Əliyev: “Azərbaycanla Rumıniya arasında münasibətlər strateji tərəfdaşlıq əsasında inkişaf edir”

Dövlət başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu fikri oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşü zamanı deyib. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Read More »

Azərbaycan Qazaxıstanla rəqəmsal sahədə birgə layihələr həyata keçirəcək

İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Qazaxıstanın “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik …

Read More »

Dövlət başçısı: “Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”

“Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. “Azərbaycan uzun illər beynəlxalq bazarlara və ilk növbədə, Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım Prezidentin (Avropa Komissiyasının sədri Ursula fon der Lyayen) bərpa olunan enerji mənbələri haqqında …

Read More »

İlham Əliyev: “IGB Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) təbii qaz tədarükünün şaxələndirilməsində və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. “IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və dünyada mövcud geosiyasi vəziyyət bunu …

Read More »

Azərbaycan Prezidenti Rumıniyaya rəsmi səfərə dəvət olunub

Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada görüşü zamanı bildirib. Rumıniyanın Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana …

Read More »

Ersin Tatar İznikdə Ərdoğanla görüşdü

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Bursa vilayətinin İznik bölgəsində keçirilən 4-cü Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra keçirilən görüş təxminən 20 dəqiqə davam edib. Görüşdə KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.  Oyunların keçirildiyi ərazidə qurulan Prezident çadırında baş …

Read More »

Dövlət başçısı: “Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib. Prezidentin sözlərinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. “Bu …

Read More »