Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanılıb

Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.

Read More »

Antalya Böyükşəhər Bələdiyyəsində “rüşvət” əməliyyatı: 20 nəfər barədə həbs qərarı verilib

Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvət” istintaqı çərçivəsində 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, əməliyyat Antalya Respublika Baş Prokurorluğu tərəfindən aparılır. Bildirilib ki, həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin “rüşvət” istintaqı çərçivəsində daha 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatlarda bəzi şübhəli …

Read More »

Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyası istifadəyə verilib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkənin metroloji infrastrukturunun inkişafı çərçivəsində 7 yeni etalon laboratoriyası açılıb. Boyukmillet.com xəbər verir ki, yeni yaradılan laboratoriyalar fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri istiqamətlərini əhatə edir. Laboratoriyaların yaradılmasında məqsəd ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, müasir metodların tətbiqi, metroloji …

Read More »

Qətərin Baş naziri İsrailə xəbərdarlıq edib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır. Bu barədə Boyukmillet.com “Al Jazeera” telekanalına istinadən xəbər verir. Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və …

Read More »

Bakıya 18 kiloqram narkotik gətirməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olunub

Bakıya külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirməyə cəhd etməkdə şübhəli bilinən şəxs Cəlilabadda saxlanılıb. Bu barədə “Report”un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.  Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb. Ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin …

Read More »

Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə “Jeşuv-Yasenka”, “Lyublin” beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə aviasiya heyətinin (NOTAM) təcili məlumatında deyilir. Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib. Məlumata görə, havaya …

Read More »

Tramp: Rusiya Ukraynadakı müharibəni qəsdən uzadır

“Moskva Rusiya-Ukrayna müharibəsini qəsdən uzadır”. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp radioaparıcı Stiv Rozenberqə müsahibəsində deyib. Amerika liderinin sözlərinə görə, tərəflər hər dəfə danışıqlarda irəliləyiş əldə etmək istiqamətində hərəkət edəndə Rusiya nizamlanmaya mane olan hərəkətlər edir. Tramp bu cür davranışı tamamilə qəbuledilməz adlandırıb: “Deyəsən hər dəfə ona yaxın olduğumuzu düşünəndə gedib kiminsə üstünə bir də bomba atır. Bu, …

Read More »

Kadırov: Sülh Ukrayna Rusiyanın bölgəsinə çevrildiyi zaman mümkün olacaq

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının gedişatını bir daha şərh edərək, sülhün yalnız Ukraynanın Rusiyanın bölgəsi olacağı təqdirdə əldə oluna biləcəyini bildirib. Kadırov deyib ki, indiki mərhələdə hərbi əməliyyatları dayandırmaq Moskva üçün əlverişsiz olacaq. RİA Novosti dövlət agentliyinə müsahibəsində Kadırov əməliyyatın məqsəd və vəzifələrinin “havadan götürülmədiyini” vurğulayaraq, onların Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını vurğulayıb. Onun fikrincə, Rusiya sərhədlərində sülh …

Read More »

Manaf Ağayevin oğluna vəzifə verildi – FOTO

Tanınmş müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verilib. Boyukmillet.com qaynarinfo-ya istinadən xəbər verir ki, Elçin Ağayev müvafiq əmrlə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub. Qeyd edək ki, Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.

Read More »

Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qabil …

Read More »