Daxili qoşunların fəaliyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin səlahiyyətləri bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə görə, qurum daxili qoşunların strukturunu, ali hərbi rütbəli vəzifələrin siyahısını və …
Read More »DİN Bakıda əməliyyat keçirib, 60 kiloqram narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat nəticəsində 60 kiloqram narkotik aşkarlanıb. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, Bakının Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını …
Read More »Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub
Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər bəlli olub. Boyukmillet.com-un məlumatına görə, mundialda 23 pəhləvan mübarizə aparacaq. Sərbəst güləş 57 kq İslam Bazarqanov 61 kq Nürəddin Novruzov 65 kq Əli Rəhimzadə 70 kq Kənan Heybətov 74 kq Turan Bayramov 79 kq Cəbrayıl Qadjiyev 86 kq Arseniy Djioyev 92 kq Osman Nurmaqomedov 97 kq Maqomedxan Maqomedov 125 kq …
Read More »Ermənistan Mərkəzi Bankının sədri: Azərbaycanla sülh sazişi ölkəmizə investisiya qoyuluşunu artıracaq
Ermənistan Azərbaycanla sülh sazişi imzalandığı təqdirdə öz iqtisadiyyatına əhəmiyyətli xarici investisiya axınını təmin edə biləcək. Boyukmillet.com-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdəki çıxışında bildirib. “Sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar çox müsbətdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin …
Read More »Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb
Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Read More »Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S.Əliyev, 37 yaşlı P.Himmətov və 31 yaşlı F.Abdullazadə saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri …
Read More »Qərbi Azərbaycan Xronikası: Göyçədə xristian türklərə aid çoxsaylı abidələr mövcuddur
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Boyukmillet.com xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub. O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən …
Read More »Tailand Ali Məhkəməsi keçmiş baş naziri bir il həbs cəzasına məhkum edib
Tailandın Ali Məhkəməsi keçmiş baş nazir (2001-2006-cı illər) Taksin Çinavatı bir il həbs cəzasına məhkum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tailandın PBS” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, həmçinin üç həkim də cəzalandırılıb, onlardan birinə töhmət verilib, digər ikisinin lisenziyaları ləğv edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanlış tibbi məlumat təqdim ediblər. Çünki Çinavatın əvvəlki cəzasını çəkdiyi zaman …
Read More »Ermənistan ABŞ ilə “Tramp Marşrutu” üzrə danışıqların keçiriləcəyini elan edib
Ermənistan yaxın zamanda ABŞ tərəfi ilə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin (TRIPP, Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi) həyata keçirilməsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Yaxın zamanda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Buraya …
Read More »BMT Baş Assambleyasının yeni sessiyası sentyabrın 9-da başlayacaq
BMT Baş Assambleyasının növbəti, 80-ci sessiyası sentyabrın 9-da başlayacaq. Boyukmillet.com-un xəbərinə görə, çərşənbə axşamı BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçiriləcək və o səlahiyyətlərini Baş Assambleyanın 80-ci sessiyasının sədri, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Berboka təhvil verəcək. Yeni sessiyanın əsas hadisəsinin sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək Yüksək Səviyyəli həftə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar