Adını demokrat qoyan, əslində isə böyük əksəriyyəti Qərb və ABŞ-dakı fondlardan maliyyələşən bizim bəzi siyasətçilər ABŞ-ın yüksən vəzifəli şəxsi Nensi Pelosinin Ermənistana etdiyi səfəri İlham Əliyevin xarici siyasətdəki böyük uğursuzluğu kimi qələmə verməyə çalışırlar. Çox vacib nüans bundan ibarətdir ki, bu təqdimatı edənlər nədənsə, Nensinin ABŞ rəsmisi olmaqla yanaşı, həm də ermənilərin böyük hamisi funksiyasını daşıyan bir siyasətçi olduğunu qeyd …
Read More »Qırğızıstan Tacikistanla silahlı toqquşmalarda 129 nəfərin yaralandığını açıqlayıb
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Qeyd edilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib. Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, …
Read More »Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür
Bu gün dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasından 137 il ötür. Boyukmillet.com xatırladır ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də dünyaya göz açıb. Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Lakin Ermənistanın silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü …
Read More »ABŞ Dövlət Departamenti Tacikistan və Qırğızıstanı atəşkəsə riayət etməyə çağırıb
ABŞ Dövlət rəsmi Departamenti Düşənbə və Bişkeki sərhəddə atəşkəs rejiminə riayət etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib. “Biz hər iki tərəfi atəşkəsə riayət etməyə və diplomatik vasitələrlə sakitliyi bərpa etmək üçün səyləri ikiqat artırmağa çağırırıq”, – o, tviter səhifəsində yazıb. “Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq”, – Ned …
Read More »Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib.
Read More »Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib
Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. “Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir. Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş …
Read More »Hərbi Prokurorluq sosial şəbəkələrdəki görüntülərlə bağlı araşdırmalara başlayıb
Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı əməlləri əks etdirən görüntülərlə bağlı araşdırmalara başlayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı …
Read More »ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib
ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb. “ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, – səfir qeyd edib. Səfir ABŞ Nümayəndələr Palatasının …
Read More »Emin Həsənli: Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşmalı, konkret mövqe bildirməlidir
Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Təəssüflər olsun ki, beynəlxalq birlik də bu ölkəni buna məcbur edərək sanksiyalara məruz qoymayıb. Bu il sentyabrın 12-14-də düşmənin növbəti təxribatı 2020-ci ilin Tovuz hadisələri ilə oxşardır. Fərq yalnız ondan ibarətdir ki, bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatı Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdi. …
Read More »KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki ərazilərə baş çəkib
KTMT-nin missiyası Ermənistan və Azərbaycan sərhədində yerləşən ərazilərə baş çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. General-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib. Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın başçılıq etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar